TƏBİB-in İcraçı direktoru özünə yeni müşavir götürüb - O, kimdir? (FOTO)

TƏBİB-in İcraçı direktoru özünə yeni  müşavir götürüb - O, kimdir? (FOTO)

SİYASƏT

Bugün, 12:04

TƏBİB-in İcraçı direktoru Anar Bayramov özünə yeni  müşavir götürüb.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yeni müşavir Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.

2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.

R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR