Özgür Özəl partiya yaradarsa... - Türkiyə siyasəti "alt-üst" ola bilər (SORĞU)

 Özgür Özəl partiya yaradarsa... - Türkiyə siyasəti \"alt-üst\" ola bilər (SORĞU)

SİYASƏT

Bugün, 11:46

CHP-də yaşanan siyasi gərgiinlk fonunda silkələnən Türkiyədə yeni sosioloji sorğu keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, SONAR Araşdırma Mərkəzi Kamal-Kılıçdaroğlu-Özgür Özəl qarşıdurması fonunda ölkə üzrə yeni araşdırma aparıb.

"Türkiyənin seçimi" adıyla keçirilən sorğuya qatılanlardan iki fərqli ssenari üzrə seçici rəyləri alınıb.

Məlumata görə, ilk ssenaridə Özgür Özəlin CHP-dən ayrılaraq yeni partiya quracağı halda seçicilərin münasibəti öyrənilib:

“Seçicilər Özgür Özəl və onun yaradacağı gözlənilən yeni partiyaya gözlənilməz inam bəsləyiblər. Secicilərin çoxu – 32.7 faizi bu bazar seçki olarsa, Özgür Özəlin yeni partiyasına səs verəcəklərini deyiblər. Sıralamada ikinci olan Ərdoğanın lideri olduğu AK Partiya 27,1%, Kamal Kılıçdaroğlunun sədri olduğu CHP isə 6,4%  səs verənlər olub…”

Digər variantda isə hazırkı qarşıdurma fonunda Kamal Kılıçdaroğlu CHP-nin başında qalarsa, Özgür Özəl isə yeni partiya yaratmasa, Ərdoğanın lideri  olduğu AK Partiya 30,3% səslə mütləq qalib imkanı qazanır: “Bu halda isə CHP 13,1% ilə ikinci, DEM Partiyası 13,0% səslə 3-cü, İYİ Partiyası isə 12,7% səslə 4-cü olacaq”.

Hər iki ssenaridəə partiyaların alacağı proqnozlaşdırlan səs faizləri aşağıdakı cədvəllərdə verilib

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR