İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI (YENİLƏNİR)

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI (YENİLƏNİR)

GÜNDƏM

Bugün, 09:01

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra "Qurani-Kərim"dən ayə oxunub.

Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.

Dövlət başçısı tədbirdə çıxış edir.

***

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır.

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir:

"Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir".

Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır:

"Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək".

***

Azərbaycanın sabit, uğurlu inkişafı var.

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycan ikinci dəfədir ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına iclasına evsahibliyi etdiyini vurğulayıb.

"2010-cu ildə toplantıya ilk dəfə evsahibliyi etdik. Həmin illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır. Azərbaycanın sabit, uğurlu inkişafı var".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR