Özgür Özəl Kılıçdaroğlunu “dalan”a dirədi – Qurultay üçün hüquqi addım atıldı (YENİLƏNİB)

Özgür Özəl Kılıçdaroğlunu “dalan”a dirədi – Qurultay üçün hüquqi addım atıldı (YENİLƏNİB)

SİYASƏT

Bugün, 13:36

CHP-nin (Cümhuriyyət Xalq Partiyası) 38-ci Adi Qurultayının etibarsız elan edilməsi və Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qaytarılma qərarı Türkiyə siyasətində böyük gərginlik yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sədr postundan qanunsuz uzaqlaşdırılmasını iddia edən Özgür Özəl partiyanın fövqəladə qurultayı üçün tələb olunan imzaları toplayıb.

Məlumata görə, notarial qaydada təsiqlənən 900-dən çox qurultay nümayəndəsinin təcili qurultay tələbi barədə imzalı sənədləri Bakı vaxtı ilə saat 12.45-də Kamal Kılıçdaroğlunun oturduğu partiyanın mərkəzi qərargahına təqdim olunacaq: “Qeyd olunan vaxtı bir çox şəhər təşkilatı sədrləri partiya qərargahı qarşısında mətbuat üçün açıqlama da verəcəklər”

Məlumat üçün qeyd edək ki, CHP nizamnaməsinə görə, fövqəladə qurultay çağırmağın üç yolu var:

1.   Partiya lideri birbaşa qurultay çağıra bilər;

2.    2. Partiya Mərkəzi Şurası bu istiqamətdə qərar qəbul edə bilər

3.   Qurultay nümayəndələrinin 1/5-i notariat qaydasında təsdiqlənmiş imzalarla fövqəladə qurultay tələb edə bilər.

Nümayəndələrin imzaları 15 gün ərzində toplanır və partiya rəhbərliyinə təqdim edilir. Ərizədən sonra fövqəladə qurultay ən geci 45 gün ərzində keçirilməlidir.

Özgür Özəlin toplatdırdığı 900 nümayəndənin imzası isə  fövqəladə qurultay üçün tələb olunan sadə çoxluğun aşıldığı deməkdir.

P.S. Son məlumata əsasən fövqəladə qurultay tələb edən nümayəndələrin imzalı sənədlər qərargaha təqdim olunub.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR