İsrail Təhlükəsizlik Şurasında gərginlik yaranıb – Baş nazir generalı təhdid edib

İsrail Təhlükəsizlik Şurasında gərginlik yaranıb – Baş nazir generalı təhdid edib  

DÜNYA

Bugün, 00:58

İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurasında İranla bağlı müzakirə aparılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müzakirə gərgin keçib.

İsrailin Kanal 12 televiziyasından bildirilib ki, iclasda ABŞ - İran razılaşması və İsrailin bundan sonrakı addımları, həmçinin Livanla əlaqədar vəziyyət ətrafında fikir mübadiləsi aparılıb: “Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişlerin iclasda Netanyahunun ABŞ prezidenti Donald Trampın tələbi ilə İrana 8 iyunda planlaşdırılan hava hücumunu ləğv etdiklərini təsdiqləyib. Bu isə toplantıda mübahisə yaradıb.Netanyahu Zamiri açıq şəkildə təhdid edərək, onu Trampın istəyini sızdırmaqda ittiham edib. Netanyahu bildirib ki, general bu xoş olmayan davranışına görə İsrailin birliyinə xələl gətirib, ölkəsini Trampın qarşısında utandırıb. Onun bu kəlmələri isə iclasda birmənalı qəbul olunmayıb…”

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR