Aldanmış başqan və ya atadan oğlundan imtina ərizəsi...
İDMAN
Bugün, 15:11
Yaxın günlərdə İdman Arbitraj Məhkəməsi “Turan Tovuz”la bağlı yekun qərarı verəcək. CAS böyük ehtimalla UEFA-nın qəbul etdiyi qərarı qüvvədə saxlayaraq, Tovuz təmsilçisini avrokuboklara buraxmayacaq.
Baxmayaraq ki, “Sumqayıt”ın təşəbbüsü ilə “Zirə” də daxil olmaqla CAS-a qərarın dəyişilməsi üçün 11 klub tərəfindən müraciət olunub. Amma bu, yenə də qərara heç bir təsir göstərməyəcək.
Çünki ortada 2019-cu ildə oyun alqı-satıqısına görə verilmiş qəti bir qərar var.
Klubların imzaladığı müraciət isə UEFA üçün sadəcə, kağız parçasından ibarətdir. Heç bir hüquqi əsas daşımır.
Bunu daha sadə dillə izah edək. Bir anlıq düşünün ki, kimsə adam öldürür və ya başqa bir cinayət törədir. Bu zaman qonşular bir araya gələrək hüquq-mühafizə orqanlarına müraciət edib deyir ki, bəs, filankəsi tutmayın, o, yaxşı adamdır və s.
Sizcə, belə mənasız görünən müraciətə görə, qeyri-qanuni bir əməli bağışlayarlar? Təbii ki, yox!
Nə Azərbaycanda, nə də dünyada belə bir təcrübə yoxdur. Bunu düşünən adamın isə məntiqlə bağlı ciddi problemləri var.
Və ya deyirlər ki, “Turan Tovuz” “Zirə”yə CAS-ın çıxaracağı istənilən qərara etiraz bildirməmək üçün müraciət edib, qarşı tərəf isə İdman Arbitraj Məhkəməsinə ərizə yazmaq istəməyib.
Məsələ burasındadır ki, “Turan Tovuz” rəhbərliyi mənasız və məntiqsiz olaraq bu işdə “Zirə”ni zərərçəkmiş kimi göstərir. Halbuki bu məsələnin Bakı klubu ilə bağlı heç bir aidiyyəti yoxdur. 5-ci yeri “Araz Naxçıvan” da tuta bilərdi, “Sumqayıt” da, “İmişli” də...
Tovuz klubunun rəhbərliyi bir şeyi anlamır ki, qayda çox sadədəir, qardaş, səni harasa buraxmırlarsa, növbə səndən sonra gələnə çatır...
Klubu təhvil alanda keçmişi ilə maraqlanmamısansa, ətrafındakılar UEFA-dan gələn məktuba reaksiya bildirməyib ancaq bəy tərəfi ilə məşğul olubsa, buna camaat nə etsin?
İndi dəqiq olan odur ki, “Zirə” CAS-ın qəbul etdiyi istənilən qərara heç bir münasibət bildirməyəcək.
Ehtiram Quliyev elə bilir və ya onu yəqin belə inandırıblar ki, “Zirə”ni zərərçəkən kimi göstərib barışıq ərizəsi alsaq, məhkəmədə işimiz yüngülləşəcək.
Sanki bu yaxınlarda “Hünər Group”un tiktiyi binalardan birindən orada işləyənlərdən kimsə yıxılaraq ölüb, şirkət də zərərçəkənin hüquqi varisindən şikayətçi olmamaq üçün barışıq ərizəsi alır. Söz verir ki, yas mərasimlərini qarşılayacaq, dəymiş maddi və mənəvi zərəri ödəyəcək...
UEFA-dakı bu prosesdə sadəcə, iki tərəf var - istintaq orqanı və təqsirləndirilən şəxs...
Prosesin getişadından belə aydın olur ki, ümid “Zirə”nin heç bir hüquqi status daşımayan məktubuna qalıbsa, görünür, təqsiriləndirilənin öz təqsirsizliyini sübuta yetirməkdə acizdir, məhkəmənin çıxaracağı hökmdən bəribaşdan xəbərdardır.
Bundan sonra yanında çalışanlar Ehtiram Quliyevə “Oyunu satanlardan biri də, “Turan Tovuz”un əfsanəsi hesab olunan Nizami Sadıqovun oğlu idi. Gəlin gedək Nizami Sadıqovdan oğlundan imtina etməsi ilə bağlı məktub alıb UEFA-ya göndərək, bəlkə qərar dəyişdi” deməsə, yaxşıdır... Zarafat eləmirəm, “Turan Tovuz”da hər şeyin “Zirə”nin məktubundan asılı olduğunu düşünən, bu xəbər yayıldığı gündən inadla “dezinformasiyadır!” deyən, manipulyasiya edən, axırda qərarla bağlı açıqlama verməyə məcbur qalan beyinlər, Ehtiram Quliyevi buna da inandırarlar...
Və yenə də başqanı aldadırlar...
Emin Səfərov,
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan PUA ilə Azərbaycana yenə narkotik keçirmək istəyiblər
Bugün, 17:07 KRİMİNAL
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)
Bugün, 16:55 GÜNDƏM
-
Aldanmış başqan və ya atadan oğlundan imtina ərizəsi...
Bugün, 15:11 İDMAN
-
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankla bağlı qərar verildi
Bugün, 15:07 İQTİSADİYYAT
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA