Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
ŞOU-BİZNES
12.06.2026, 15:59
Əməkdar artist Dilarə Əliyeva sənət adamlarının xarici görünüşə və estetik prosedurlara münasibətindən danışıb.
O, xüsusilə aktyor və aktrisaların mimikalarının peşələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dilarə Əliyevanın sözlərinə görə, kosmetologiyada geniş istifadə olunan botoks proseduru müəyyən hallarda faydalı olsa da, aktyorluq sənəti ilə məşğul olan şəxslər üçün uyğun hesab edilmir.
"Kosmetologiyanın botoks kimi möcüzəvi prosedurundan aktrisalar istifadə etməməlidir. Biri deyir, ifadəni gözlər, biri deyir, dodaqlar verir. Amma məncə, insanın hisslərini ən çox qaşlar ifadə edir. Aktyorun və ya aktrisanın emosiyalarını tamaşaçıya çatdırmasında mimikalar çox vacib rol oynayır. Botoks isə həmin ifadələrin təbii görünüşünə təsir göstərə bilər", - deyə sənətçi bildirib.
Əməkdar artist əlavə edib ki, düzgün dəri baxımı, sağlam həyat tərzi və vaxtında aparılan qulluq prosedurları sayəsində botoksa ehtiyac qalmaya bilər. O, hər bir estetik müdaxilənin ölçülü-biçili şəkildə edilməsinin vacibliyini vurğulayıb.
Dilarə Əliyevanın bu fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi aktrisanın təbii görünüşlə bağlı mövqeyini dəstəkləyib, digərləri isə botoksun düzgün tətbiq edildikdə mimikalara ciddi təsir göstərmədiyini qeyd ediblər.
Xatırladaq ki, bir müddət əvvəl də dünya şöhrətli, 43 yaşlı aktrisa Enn Heteuey yeni “The Odyssey” filminin treyleri yayımlandıqdan sonra “botokslu üz”ünə görə ciddi tənqidlərlə üzləşmişdi. Aktrisanın pərəstişkarları qeyd ediblər ki, kadrlarda Heteuey qışqırır və ağlayır, amma buna baxmayaraq onun mimikası hərəkətsiz görünür, alnı isə qüsursuz dərəcədə hamar qalır. İzləyicilərdən “Sizin işinizin mahiyyəti emosiyaları oynamaqdır. Donuq üzlə bu mümkün deyil!”, “Necə ki, Olimpiya oyunlarında steroidlər qadağandır, eləcə də “Oskar” nominasiyaları üçün botoks qadağan edilməlidir” kimi şərhlər gəlib.
Bəs aktrisalar, ümumiyyətlə, plastik əməliyyat etdirə bilərmi? Azərbaycanın tanınmış rejissorları bu xüsusda necə düşünür?
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a deyib ki, aktrisaların bir qismi estetik müdaxilələrlə daha gözəl görünəcəklərini düşünsələr də, əksər hallarda bunun əksi baş verir:
“Onlar təbii gözəlliklərini itirərək özlərini xoşagəlməz vəziyyətə salırlar. Bəzən görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar artıq botoks etdirir, dodaqlarını həddindən artıq dolğu ilə böyüdür, müxtəlif estetik əməliyyatlara üz tuturlar. Yaşlı qadınların daha gənc görünmək istəyi müəyyən mənada başadüşüləndir. Lakin gənc yaşlarında olan qızların və aktrisaların bu qədər erkən estetik müdaxilələr etdirməsi şəxsən mənə anlaşılan gəlmir”.
Şeyx Əbdülun fikrincə, əlbəttə, əgər üzdə hər hansı qüsur, burunda əyrilik və ya anadangəlmə deformasiya varsa, onların aradan qaldırılması normal qarşılanmalıdır: “Ancaq sağlam və təbii görünən simanı müxtəlif müdaxilələrlə dəyişdirərək onu daha pis vəziyyətə salmaq başadüşülən deyil”.
Şeyx Əbdül vurğulayıb ki, ekran insanın simasını real həyatda göründüyündən qat-qat daha qabarıq göstərir: “Belə ki, üzdə edilən hər bir müdaxilə, hər bir əlavə dolğu və ya əməliyyat izi kamera qarşısında daha aydın nəzərə çarpır. Tamaşaçı ilk baxışdan aktrisanın dodağında, qaşında, yanaqlarında və ya üzünün digər hissələrində edilən dəyişiklikləri hiss edir. Nəticədə təbii görünüş itir, tamaşaçı ilə obraz arasında müəyyən məsafə yaranır. Üstəlik, üz nahiyəsinə edilən çoxsaylı estetik müdaxilələr mimikaya da təsirsiz ötüşmür. Üz əzələlərinin və sinir sisteminin təbii fəaliyyəti müəyyən qədər məhdudlaşır. Bu isə aktyorluq sənətində ən vacib vasitələrdən olan mimikanın, baxışların və emosional ifadələrin zəifləməsinə səbəb olur. Aktyor və ya aktrisa hisslərini tamaşaçıya ilk növbədə üz ifadələri ilə çatdırır. Mimika zəiflədikdə isə obrazın canlılığı və inandırıcılığı da azalır”.
Onun sözlərinə görə, nəticədə təbii gözəllik, fərdilik və sənətkarın özünəməxsus siması arxa plana keçir: “Aktrisa emosiyalarını mimikalarla ifadə edən sənət adamından daha çox, üz cizgiləri süni şəkildə dəyişdirilmiş, standart görünüşə malik bir insana çevrilir. Halbuki tamaşaçı hər zaman süni müdaxilələrdən daha çox təbii gözəlliyi, səmimi baxışları və canlı emosiyaları qiymətləndirir. Aktyorluq sənətinin gücü də məhz bu təbiilikdən qaynaqlanır”.
MİA.AZ
Dİgər xəbərlər
Bugün, 13:09
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
SON XƏBƏRLƏR
-
900 min avroya aldılar, 15 milyon avroya satdılar - Türk klubu daha bir çek-pot qazandı
Bugün, 18:02 İDMAN
-
Ceyhun Bayramov Almaniya səfiri ilə görüşdü - Nələr müzakirə edilib?
Bugün, 17:45 SİYASƏT
-
I və IV ixtisas qrupları üzrə imtahanın nəticələri açıqlandı - Ən yüksək bal toplayanlar kimlərdir?
Bugün, 17:25 GÜNDƏM
-
Məşhur futbolçu küçədə qarət olunub - 5 silahlı şəxs tərəfindən
Bugün, 17:22 İDMAN
-
İsrail Quran yayımlayan radionu bağlayıb
Bugün, 17:06 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib
Bugün, 16:54 DÜNYA
-
Bloger Ceyran botoksdan sonra iflic olub? - "Boğuluram, qolumu aça bilmirəm"
Bugün, 16:51 ŞOU-BİZNES
-
Müəllimi güllələyən şagirdə belə hökm verildi
Bugün, 16:36 KRİMİNAL
-
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Bugün, 16:28 GÜNDƏM
-
Elşad Xose xəstəxanaya yerləşdirilib -VİDEO + Açıqlamalar (Yenilənib)
Bugün, 16:06 MƏDƏNİYYƏT
-
"İNCƏSƏNƏT 88” QRUPU BİR ARADA... - Qrupun fəal üzvü Natella Zamanovanın 60 illik yubileyinə sözardı... (FOTOLAR)
Bugün, 15:52 MƏDƏNİYYƏT
-
Sahibə Qafarova Efiopiyaya gedib
Bugün, 15:42 SİYASƏT
-
Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifədən azad olundu
Bugün, 15:24 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik gözlənilir
Bugün, 15:07 GÜNDƏM
-
"Qalatasaray"ın brazilyalı futbolçusu: "Məni yığmaya çağıracaqdılar, ancaq..."
Bugün, 14:24 İDMAN
-
AZƏRBAYCANIN BU ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİ GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (Yenilənib)
Bugün, 14:04 GÜNDƏM
-
Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan ilə Ukrayna arasında müqavilə təsdiqləndi - Prezident tərəfindən...
Bugün, 13:52 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Bugün, 13:36 GÜNDƏM
-
"Kurtlar Vadisi pusu"dan tanınan aktrisa elə etiraf etdi ki... - "20 sonra uşaqlıq sevgilimi tapdım və..."
Bugün, 13:19 ŞOU-BİZNES
-
Həbsdən çıxdı, sosial mediada aktivləşdi - Maniken mafiya lideri ərindənn film çəkdirir
Bugün, 13:09 ŞOU-BİZNES
-
Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat: tutulanlar var
Bugün, 12:58 DÜNYA
-
Nazir müavinindən kitabxana sistemindəki attestasiyası ilə bağlı açıqlama: "İmtahandan keçməyənlər..."
Bugün, 12:56 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ELƏDİ - Nələr müzakirə olunub?
Bugün, 12:25 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 12:20 KRİMİNAL
-
"Uzak Şəhər"in aktrisası belə dincəlir - FOTOLAR
Bugün, 12:04 ŞOU-BİZNES
-
İbrahimoviç iki oğlunun anası ilə 25 il niyə nikaha girməyib? - Açıqlama
Bugün, 11:46 İDMAN
-
Konfrans, müşavirələr və.. - Qarabağ Dirçəliş Fondu 665 min manatı belə tədbirlərə xərcləyəcək
Bugün, 11:43 CƏMİYYƏT
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
Bugün, 11:35 İQTİSADİYYAT
-
Rəsmi Bakıdan Zaxarovaya cavab verildi: "Səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır"
Bugün, 11:34 SİYASƏT
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
Bugün, 11:17 KRİMİNAL
-
Daha bir tiktoker həbs edildi
Bugün, 11:07 PRESS