Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
İDMAN
Bugün, 20:06
Bu il Konfrans liqasında iştirak edəcək “Neftçi” düşərgəsində sakitçilikdi.
Mia.az xəbər verir ki, digər klublar kimi onlarda da hazırda qısa tətil vaxtıdı.
Klub yalnız yay təlim-məşq dövrünə dair məlumat açıqlamaqla kifayətlənib. Transferlər, klubdaxili yeniliklər gözə dəymir. Hərçənd, avrokuboklara vəsiqə qazanan “Qarabağ” və “Sabah”da da ciddi hərəkətlilik yoxdu: bir-iki futbolçu ilə vidalaşıblar, vəssalam.
Görünür, klubların avrokubok taktikası və strategiyası ciddi şəkildə qorunur və bu o deməkdi ki, bu ilki avrooyunlar seriyası çox həyəcanlı olacaq.
Qısa tətildən sonra “Neftçi”də fiziki hazırlıqlar dövrü başlayacaq. Bu ayın sonuna yaxın geniş təlim-məşq toplanışının və bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulur. Bu prosesi neftçilər yəqin ki, Avropa ölkələrindən birində təşkil edəcək. Yoxlama oyunlarının təqvimi maraqlıdı ki, indiyədək bildirilmir.
Onu da xatırladaq ki, mayın əvvəlində qoyulan transfer qadağası da artıq aradan qaldırılıb: klub FİFA qarşısındakı öhdəlikləri yerinə yetirib.
“Neftçi” düşərgəsində son günlərdə bir az hərəkətlilik olub, bu da “Turan-Tovuz”un başına gələn hadisədən sonra onların Konfrans liqasının 2-ci mərhələsindən oyunlara başlayacağının üzüntüsüdü.
Komandanın baş məşqçisi Yuri Vernidubun əlindəki oyunçuların bu pressinqə tab gətirməsi mümkün deyil. Keçən ilin dekabr ayında “Neftçi”yə gələn ukraynalı mütəxəssis builki mövsümdə komandanın yenilənməsiyçün hesabat hazırlayacaq. Onun transfer hədəfləri və mövqe axtarışları nədən ibarət olacaq?
“Neftçi” onsuz da Konfrans liqası üçün avantajı bu mövsümdə zorla qazandı. Gəlin, səmimi etiraf edək. Oyunlardakı məğlubiyyətlərin bəzisini hakimlərin ayağına yazdılar, bəzilərində V.Abubakarı günahkar elan elədilər, bəzi oyunların da nəticəsinə biz etibar etmədik. “Neftçi”nin hazırda Konfrans liqasında oynamaq şansından komandanın strateji və metodik inkişafı üçün istifadə ediləcəyinə mən şəxsən, inanmıram. Burada baş verənlər yuxarıdan gözəgörünməz idarəetmənin və siyasi qərarların nəticəsi kimi görünür mənə. Ümumiyyətlə, Y.Vernidublu “Neftçi” mənə indiyədək qurama və qeyri-səmimi görünür. Mövsümün son turlarında adam məğlub olduğu oyunlarda küsüb gedirdi: gah mətbuat konfransını yarımçıq tərk edirdi, gah da ümumiyyətlə, jurnalistlərin qarşısına çıxmırdı. Düzü, mən çəkinirdim ki, adam bir tendensiya yaradacaq premyer liqada. Digər komandaların da baş məşqçiləri uduzanda küsüb acığını bizdən çıxacaq.
Bəs Konfrans liqasında nə olacaq? Uduzduğu oyunlarda Y.Vernidub yenə mediadan qaçacaqmı?
Mövsüm bitən kimi “Neftçi”nin düşərgəsində bir neçə futbolçu yola salınıb. Onların yerini əvəzləyəcək adlar hələ ortada yoxdu. “Şamaxı”dan Rüfət Abbasovu çağırıb müqavilə bağlayıblar, adını da qoyublar “ilk rəsmi transfer”. R.Abbasov elə neftçilərin keçmiş futbolçusu deyildi? Nə transfer?
Vensan Abubakarın yola salınması ümumiyyətlə, müəmmadı, mənə görə. Onunla Samir Abasov da yola getmirdi, Y.Vernidubun da “ulduzu barışmadı” Kamerunlu futbolçu ilə. Səbəbini yalnız təxmin edə bilərəm: bəlkə də Abubakar lazım olmayan hallarda qol vururdu. Hər halda 18 rəsmi matçda 9 qol vuran oyunçunun göndərilməsinin məntiqi əsası yoxdu mənimçün.
Neftçilərin düşərgəsindən verilən rəsmi xəbər hazırda yalnız ümumi xarakter daşıyır: 2026/2027 mövsümü üzrə UEFA Konfrans Liqasına hazırlıq prosesi çərçivəsində heyət yenidən qurulur və rəqibləri analiz edirlər. Əgər “Turan-Tovuz”da şad xəbər gəlsə, onda “Neftçi” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq ki, onun da ilk püşkatması iyunun 16-da olacaq. Gələn ayın 9-da və 16-da 1-ci təsnifat mərhələsinin ilk rəsmi oyunları başlayacaq. “Neftçi”nin 26 potensial rəqibi var. Onlardan 11-i, o cümlədən "Inter" (Finlandiya), "Stjarnan" (İslandiya), "Nõmme Kalju" (Estoniya) dəqiqləşib. “Neftçi” 2-ci təsnifat mərhələsinə qalsa, bu halda püşkatma iyunun 17-də olacaq. Pley-off avqustun 3-də, liqa mərhələsi isə avqustun 28-də olacaq. İşdi-şayət, möcüzə olsa və neftçilər liqa mərhələsinə çıxsa, oyunlar bu ilin payızda və qışın əvvəlində keçiriləcək.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
Bugün, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
Bugün, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
Bugün, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
Bugün, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
Bugün, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
Bugün, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
Bugün, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
Bugün, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
Bugün, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
Bugün, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
Bugün, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
Bugün, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
Bugün, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
Bugün, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
Bugün, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
Bugün, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
Bugün, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
Bugün, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
Bugün, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
Bugün, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
Bugün, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
Bugün, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
Bugün, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
Bugün, 14:40 GÜNDƏM
-
Sosial şəbəkələrdə qadağa: nələr olacaq? - Deputatlar yeni qanuna "hə" dedi
Bugün, 14:38 PRESS
-
Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Açıqlama
Bugün, 14:14 CƏMİYYƏT
-
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixdə işləməyəcək
Bugün, 14:05 CƏMİYYƏT
-
Milli Məclis daha bir qanun qəbul etdi
Bugün, 13:57 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 13:52 KRİMİNAL
-
Deputat Milli Məclisdə: "İnsanların kənddən şəhərə axını davam edir, buna görə..."
Bugün, 13:47 CƏMİYYƏT
-
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
Bugün, 13:46 GÜNDƏM
-
ABŞ və İran arasında yeni razılaşmanın detalları – 14 maddəlik paketdə nələr var?
Bugün, 13:29 GÜNDƏM