FİFA prezidenti tənqidlərə cavab verdi: "Bir az sakitləşin, biz Kral deyilik”

FİFA prezidenti tənqidlərə cavab verdi: \"Bir az sakitləşin, biz Kral deyilik”  

İDMAN

Bugün, 08:46

Dünya Kubokunun başlamasından bir neçə saat əvvəl keçirilən mətbuat konfransında çıxış edən FİFA prezidenti Canni İnfantino təşkilata qarşı tənqidlərə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, miqrasiya, bilet qiymətləri və viza məsələləri ilə bağlı yaranan problemlər onlarlıq deyil.

"Sakitləşin və rahatlayın", - deyə sualları cavablandıran  FİFA rəhbəri  ABŞ ilə müharibə vəziyyətində olan İranın iştirakına özündən başqa heç kimin zəmanət verə bilməyəcəyini iddia edib.

O, turnirin 104 oyunundan 78-nə ev sahibliyi edəcək ABŞ-ın dörd iştirakçı ölkədən olan azarkeşlərə səyahət qadağası qoyduğuna və somalili hakim Ömər Artanın Mayami hava limanından  ölkəyə girişinə icazə verilməməsinin, biletlərlə bağlı yaranan problemlərə görə FİFA-nin məsulyyət daşımadığını deyib: "Biz Ayda yaşamırıq, Yer planetində yaşayırıq. Qəbul etməliyik ki, hökumətləri və təhlükəsizlik qüvvələrini idarə edə bilən dünyanın kralları da deyilik. Biz bir idman təşkilatıyıq. Bəzən sakitləşmək və rahatlamaq lazımdır. Biz hər məsələ üzərində işləyirik. Qışqırmaqla heç bir problemi həll etmir."

Biletlərin baha satışına da toxunan İnfantino bildirib ki, bu günə qədər 6 milyondan çox bilet satılıb: “Tələbat görünməmiş bir səviyyəyə çatıb. Qiymətlərin aşağı salınması isə biletlərin qara bazara ayaq açmasına səbəb ola bilər. Yeri gəlmişkən, 60 dollardan başlayan biletlər ABŞ-dakı digər idman tədbirlərinin pley-off dövrlərindən daha ucuzdur”.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR