Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

GÜNDƏM

Bugün, 13:46

Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR