ABŞ və İran arasında yeni razılaşmanın detalları – 14 maddəlik paketdə nələr var?

ABŞ və İran arasında yeni razılaşmanın detalları – 14 maddəlik paketdə nələr var?

GÜNDƏM

Bugün, 13:29

İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandum layihəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni razılaşma paketində İranın raket proqramı yer almayıb.

Mehr xəbər agentliyi İran hökumətinə istinadla yazır ki, ABŞ və İran arasında 14 maddəlik razılaşma layihəsi ABŞ-ın sanksiyalarınin ləğvi, İran ətrafından qüvvələrinin geri çəkilməsi, dəniz blokadasının ləğv olunması, Hörmüz boğazının dərhal açılması, neft sanksiyalarının və dondurulmuş İran vəsaitlərini qaldırılması və sair məqamlar da var: “Bundan başqa, ABŞ İran iqtisadiyyatını yenidən bərpası üçün plan təqdim etməlidir. Burada təxminən 300 milyard dollarlıq vəsait tələbindən gedir...”.

Məlumatda deyilir ki, İran bunun qarşılığında nüvə ehtiyatı daxil olmaqla ABŞ-ın bölgədəki maraqlarına ciddi güzəştə gedəcək.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR