Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpılıb  - FOTO

Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpılıb  - FOTO

GÜNDƏM

Bugün, 00:08

Türk Hava Yollarına məxsus TK2430 reysi ilə uçan Boeing 777 təyyarəsi Antalya Hava Limanına eniş etdikdən sonra qəza törədib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul-Antalya marşrutu üzrə hərəkət edən təyyarə dayanacağa doğru yön alarkən sağ qanadı yerüstü radar dirəyinə çırpılıb.

Məlumata əsasən, təyyarədə olan 267 sərnişin böyük bir qorxu yaşayıb, bir nəfər isə yüngül xəsarət alıb: “O, proflaktik tədbir məqsədiylə xəstəxanaya aparılıb.Faktla bağlı texniki araşdırma başlanıb”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR