DÇ-nin ilk oyununda gərginlik – Şəhər qarışdı, 200-dək maskalı polisə hücum etdi (FOTO)

DÇ-nin ilk oyununda  gərginlik – Şəhər qarışdı, 200-dək maskalı polisə hücum etdi (FOTO)  

DÜNYA

Bugün, 08:44

Dünya Kubokunda Meksika ilə CAR arasındakı ilk oyundan əvvəl və oyun vaxtı stadionunn ətrafında böyük gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matçın keçirildiyi Azteca stadionunun qarşısında azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib.

Məlumata əsasən, biletsiz azarkeşlər və etirazçı qruplar stadiona gzorla irməyə çalışıblar. Onlar polisə daş və butulka atıblar, nəticədə polis güc tətbiq etməli olub: “Bundan sonra isə qapıya basqın etməyə çalışan maskalı bir qrup polisə kərpic, molotov kokteyli və müxtəlif əşyalarla qarşılıq veriblər. Hücumlar nəticəsində bir neçə polis əməkdaşı xəsaərt alıb”.

Meksika Mülki Təhlükəsizlik Katibliyinin sözçüsü bildirib ki, təxminən 800 etirazçıdan ibarət iki qrup və 200 maskalı şəxs iğtişaş yaradıblar: “Vəziyyət qısa zamanda nəzarət altına alınıb. Stadionun ətrafında təhlükəsizlik tədbirləri təmin olunub”.

Xatırladaq ki, matç 2-0 hesabıyla yerli komandanın xeyrinə bitib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR