Kimlər hərbi xidmətə çağırışdan azaddır? - Ekspert açıqladı + SİYAHI
GÜNDƏM
11.06.2026, 11:28
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər. Mia.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib. O bildirib ki, Azərbaycanda normal şərtlərdə 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. Lakin 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilmişdir. Qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının əsas istiqamətləri aşağıdakılardır: Təhsil əsasında möhlət hüququ: Əyani təhsil alan çağırışçılara (xaricdə təhsil alanlar da daxil olmaqla) aşağıdakı yaş hədləri və şərtlər daxilində möhlət verilir: Bakalavriat: 24 yaşı tamam olanadək; Magistratura: Son qanun dəyişikliyi ilə yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib; Rezidentura və Doktorantura: Təhsilini tam başa vuranadək; Doktorantura qəbulu: Qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə əlavə 3 aylıq möhlət; Tam orta təhsil: Təhsilini hələ başa vurmamış 20 yaşınadək vətəndaşlar. Ailə vəziyyətinə görə möhlət hüququ Ailə vəziyyəti ilə bağlı möhlət hüququ aşağıdakı hallarda verilir və yeni redaksiyaya əsasən 30 yaşadək qüvvədə qalır: Başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olduqda; Üç və daha çox uşağın atası olan şəxslərə; I qrup əlil həyat yoldaşına qulluq edən kişilərə; 18 yaşınadək və ya I qrup əlil qardaş/bacısına baxan və onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslərə. Önəmli qeyd: 30 yaşınadək ailə vəziyyətinə görə möhlət hüququnu itirməmiş şəxslər, dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək birbaşa ehtiyata keçirilirlər. Sağlamlıq vəziyyətinə görə tənzimləmələr Müvəqqəti yararsızlıq: Tibbi müayinə zamanı müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə 1 ildən çox olmamaq şərtilə, ümumilikdə 3 ilə qədər möhlət verilə bilər. Tam yararsızlıq: Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər hərbi qeydiyyatdan tamamilə çıxarılır. Hərbi xidmətdən tam azadolma halları Müddətli həqiqi hərbi xidmətə çağırışdan tam azad olunan vətəndaşların kateqoriyası: Elmi dərəcəsi olanlar: Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər; Xaricdə xidmət keçənlər: Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun olaraq hərbi xidmət keçmiş şəxslər; Məhkumluğu olanlar: Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər. Məsuliyyət mexanizmləri və cəzalar 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra çağırışdan boyun qaçırma hallarına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib. Üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək qanun pozuntusu hesab olunur: İlkin yüngül hallar – İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə/məsuliyyət Qanuni əsas olmadan boyun qaçırma (Dinc dövrdə)- Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən 2 ilədək azadlıqdan məhrumetmə Müharibə dövründə boyun qaçırma- 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası/Konkret.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
Bugün, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
Bugün, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan.. - Bakıda ermənilərin məhkəmsi davam edir
Bugün, 19:34 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM