Kimlər hərbi xidmətə çağırışdan azaddır? - Ekspert açıqladı + SİYAHI
GÜNDƏM
Bugün, 11:28
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər. Mia.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib. O bildirib ki, Azərbaycanda normal şərtlərdə 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. Lakin 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilmişdir. Qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının əsas istiqamətləri aşağıdakılardır: Təhsil əsasında möhlət hüququ: Əyani təhsil alan çağırışçılara (xaricdə təhsil alanlar da daxil olmaqla) aşağıdakı yaş hədləri və şərtlər daxilində möhlət verilir: Bakalavriat: 24 yaşı tamam olanadək; Magistratura: Son qanun dəyişikliyi ilə yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib; Rezidentura və Doktorantura: Təhsilini tam başa vuranadək; Doktorantura qəbulu: Qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə əlavə 3 aylıq möhlət; Tam orta təhsil: Təhsilini hələ başa vurmamış 20 yaşınadək vətəndaşlar. Ailə vəziyyətinə görə möhlət hüququ Ailə vəziyyəti ilə bağlı möhlət hüququ aşağıdakı hallarda verilir və yeni redaksiyaya əsasən 30 yaşadək qüvvədə qalır: Başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olduqda; Üç və daha çox uşağın atası olan şəxslərə; I qrup əlil həyat yoldaşına qulluq edən kişilərə; 18 yaşınadək və ya I qrup əlil qardaş/bacısına baxan və onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslərə. Önəmli qeyd: 30 yaşınadək ailə vəziyyətinə görə möhlət hüququnu itirməmiş şəxslər, dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək birbaşa ehtiyata keçirilirlər. Sağlamlıq vəziyyətinə görə tənzimləmələr Müvəqqəti yararsızlıq: Tibbi müayinə zamanı müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə 1 ildən çox olmamaq şərtilə, ümumilikdə 3 ilə qədər möhlət verilə bilər. Tam yararsızlıq: Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər hərbi qeydiyyatdan tamamilə çıxarılır. Hərbi xidmətdən tam azadolma halları Müddətli həqiqi hərbi xidmətə çağırışdan tam azad olunan vətəndaşların kateqoriyası: Elmi dərəcəsi olanlar: Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər; Xaricdə xidmət keçənlər: Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun olaraq hərbi xidmət keçmiş şəxslər; Məhkumluğu olanlar: Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər. Məsuliyyət mexanizmləri və cəzalar 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra çağırışdan boyun qaçırma hallarına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib. Üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək qanun pozuntusu hesab olunur: İlkin yüngül hallar – İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə/məsuliyyət Qanuni əsas olmadan boyun qaçırma (Dinc dövrdə)- Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən 2 ilədək azadlıqdan məhrumetmə Müharibə dövründə boyun qaçırma- 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası/Konkret.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
PA-nın şöbə müdiri partiya sədri ilə nələri müzakirə edib? - Açıqlama
Bugün, 13:53 SİYASƏT
-
DÇ-2026-da ilk qalmaqal: mikrafon açıq qaldı, müxbirlərin canlı yayımdakı sözləri şok yaratdı
Bugün, 13:28 İDMAN
-
Ölkə iqtisadiyyatını necə görmək istəyirik? - Mikayıl Cabbarov sualları cavablandırır (MÜSAHİBƏ)
Bugün, 13:14 İQTİSADİYYAT
-
Azərbaycan və İran razılaşdı - Araz çayının su ehtiyatları ilə bağlı
Bugün, 13:08 İQTİSADİYYAT
-
"İdrak"da şagirdin atəş açdığı silahın sahibi də cinayət təqibinə cəlb olunub
Bugün, 12:53 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:34 CƏMİYYƏT
-
CHP-dən istefalar başladı – Partiyanın Mərkəzi Şurasının 57 üzvündən 28-i ayrıldı
Bugün, 12:23 SİYASƏT
-
Bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Bugün, 12:13 CƏMİYYƏT
-
Güclü külək və yağış Göygöldə fəsadlar törədib - FOTOLAR
Bugün, 11:58 CƏMİYYƏT
-
Pensiyalar nə vaxt ödəniləcək? - Açıqlama
Bugün, 11:47 İQTİSADİYYAT
-
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı - VİDEO
Bugün, 11:35 KRİMİNAL
-
Fərid Şəfiyev: "İndi bizi maraqlandıran məsələ Ermənistanda keçirilmiş son seçkilərdir"
Bugün, 11:35 SİYASƏT
-
Kimlər hərbi xidmətə çağırışdan azaddır? - Ekspert açıqladı + SİYAHI
Bugün, 11:28 GÜNDƏM
-
Generala nazirlikdə yeni vəzifə verildi
Bugün, 11:12 GÜNDƏM
-
“Vəhdət”in qurucusu: “Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir!”
Bugün, 11:07 SİYASƏT
-
Dünyaca məşhur müğənni əri ilə elə görüntülərini paylaşdı ki…. – FOTOLAR
Bugün, 11:07 ŞOU-BİZNES
-
Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb
Bugün, 10:43 MƏDƏNİYYƏT
-
Kamal Kılıçdaroğlu Özgür Özəlin yerinə onu gətirir
Bugün, 10:42 DÜNYA
-
AZAL-ın vəzifəli şəxsi təyyarənin cihazlarını sökərək oğurlayıb - Cinayət işi
Bugün, 10:36 KRİMİNAL
-
"15 ildir səslənirəm, amma xeyri yoxdur" - Müğənni iş axtarır
Bugün, 10:23 MƏDƏNİYYƏT
-
Azərbaycan dili imtahanına qeydiyyat elan edilib
Bugün, 10:09 CƏMİYYƏT
-
Kənan Doğulu, arvadı və… - Daha 22 məşhur şəxs şok ittihamlarla saxlanıldı (SİYAHI, FOTOLAR)
Bugün, 10:02 MƏDƏNİYYƏT
-
Sabiq nazir: "Əslində, bu, böyük bir problemdir" - MÜSAHİBƏ
Bugün, 09:45 SİYASƏT
-
Azərbaycan nefti bir dollar qalxdı
Bugün, 09:36 İQTİSADİYYAT
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavini də yola saldı (FOTO)
Bugün, 09:36 GÜNDƏM
-
Bakıda tezliklə dəyişkən iş qrafiki... - Vüqar Bayramov yazır
Bugün, 09:28 YAZARLAR
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 09:28 SİYASƏT
-
Ada dövləti adını dəyişir – Parlament “hə” dedi, referendum olacaq
Bugün, 09:09 DÜNYA
-
ABŞ ordusu: “İrana hücum olmayacaq, bitdi”
Bugün, 09:01 GÜNDƏM
-
FİFA prezidenti tənqidlərə cavab verdi: "Bir az sakitləşin, biz Kral deyilik”
Bugün, 08:46 İDMAN
-
İranlı komandan: "Bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik"
Bugün, 08:39 DÜNYA
-
ABŞ və İran arasında müharibə: boğaz yenidən bağlandı, 12 şəhər, 2 ölkə vuruldu, neftin qiyməti yüksəldi
Bugün, 07:59 GÜNDƏM
-
Özgür Özəl deputatların müdafiəsinə qalxdı: “Paralel CHP yarada bilməzlər"
Bugün, 00:46 SİYASƏT
-
5 AYA 510 MİLYON KUB.METR QAZ İTKİSİ? - "Azəriqaz"la bağlı yeni iddialar yayıldı
Bugün, 00:28 İQTİSADİYYAT