AZAL-ın vəzifəli şəxsi təyyarənin cihazlarını sökərək oğurlayıb - Cinayət işi

AZAL-ın vəzifəli şəxsi təyyarənin cihazlarını sökərək oğurlayıb - Cinayət işi

KRİMİNAL

Bugün, 10:36

AZAL-ın Aviasiya Təhlükəsizlik Baş İdarəsinin növbə rəisi İbrahimov Yaşar Yadulla oğlu cinayət məsuliyyətinə cəlb olunub.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs “4K-AZ 41” milli qeydiyyat nişanlı “Silk Way Airlines”ə məxsus “İL 76 TD” təyyarəsinin bahalı cihazlarını oğurlamaqda ittiham olunub.

Belə ki, Yaşar İbrahimov xidməti vəzifəsi zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun “hava gəmiləri” üçün üçün ayrılmış tәyyarә dayanacağına gәlib, sürücünü avtomobillәrin olduğu qaraja göndәrdikdәn sonra cinayət əməlinin icrasına başlayıb.

O, tәyyarәnin yük salonuna qanunsuz daxil olaraq, özü ilә gətirdiyi kәlbәtinlә kabeli kәsib, 21800 manat dәyәrindә bir әdәd üzərində “APK-15M" yazılmış avtomatik radio kompasını, 8750 manat dәyәrindә bir әdәd üzәrindә “БКН 115B” yazılmış gәrginliyә nәzarәt blokunu və 13400 manat dәyәrindә bir әdәd üzәrindә “ПО-750А-2С” yazılmış çeviricini sellofan paketlәrә qoyaraq tәyyarәdәn çıxarmaqla oğurlayıb.

Növbə rəisi oğurladığı cihazları əvvəlcə tәyyarәnin altında gizlədib, axşam saatlarında isə avadanlıqları ərazidən çıxarmağa nail olub.

Yaşar İbrahimovun əməlinin üstü açıldıqdan sonra, o, oğurladıqları cihazları geri təhvil verib. Buna baxmayaraq, AZAL-ın vəzifəli şəxsi cinayət məsuliyyətindən qaça bilməyib. Məhkəmənin hökmünə əsasən, ümumilikdə 43.950 ziyan vurmaqda təqsirli bilinən Yaşar İbrahimovun azadlığı 2 il 4 ay müddətinə məhdudlaşdırıb.

Qeyd edək ki, uçuşa yararlılıq sertifikatının müddәti 2024-cü ildə başa çatdığı üçün sözügedən təyyarə istismardan çıxarılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR