Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 47 nəfər tutulub  

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 47 nəfər tutulub  

KRİMİNAL

Bugün, 16:46

Türkiyənin başda Şanlıurfa bölgəsi olmaqla 21 şəhərində İŞİD qondarma terror təşkilatına qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Şanlıurfa Baş Prokurorluğu açıqlama yayıb.

Qeyd edilib ki, əməliyyatlarla ümumilikdə 47 nəfər saxlanılıb: “Onlar İŞİD-in təbliğatını aparmaq, ona maliyyə toplamaq və sair cinayətlərdə ittiham olunurlar”

Xəbərdə o da deyilir ki, əməliyyatlar Şanlıurfa, İstanbul, Ağrı, Van, Kocaeli, İzmir, Bursa, Aksaray, Qaziantep, Diyarbəkir, Mersin, Çanaqqala, Osmaniye, Hatay, Konya, Malatya, Kırşehir, Balıkesir, Mardin, Adana və Ankaradakı müxtəlif ünvanlarda baş tutub.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR