Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulur - Açıqlama

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulur - Açıqlama

GÜNDƏM

10.06.2026, 10:49

Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

Mia.az xəbər verir ki, bu barədə ADY  açıqlama yayıb.

Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək: "Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR