Rəsmi Vaşinqtondan İranla bağlı açıqlama: “Razılaşma aylar çəkəcək”

Rəsmi Vaşinqtondan İranla bağlı açıqlama: “Razılaşma aylar çəkəcək”  

GÜNDƏM

Bugün, 08:42

“İranla razılaşmaya çox yaxın olsaq da, tamamlanma prosesi aylar çəkəcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti JD Vance hələ tam yayımlanmamış “CBS News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı uzunmüddətli perspektivdə ABŞ-ın istəyinə uyğun həll edəcək: “İranla razılaşma, sözsüz ki, ABŞ-a iqtisadi cəhətdən də şox fayda verəcək. Düşünürəm ki, noyabrda ABŞ-da keçiriləcək ara seçkilərinə qədər çox şey öyrənəcəyik”.

Vans iddia edib ki, prosesin bu qədər uzanmasının yeganə xəbəbi İrandakı siyasi hakimiyyətdəki dağınıq fikirlərdir: “Onlar ABŞ Prezidenti Donald Trampı dayandırmayıb. Oranda iqtidardabirlik yoxdur, dağınıqlıq var. Buna görə onlar kompromis əldə etmək çox uzun çəkişmələr içindədirlər. Əlbəttə, Tramp və biz iranlılara etibar etmrik. Etibar etdiyim tək şey öz danışıqlar aparmaq qabiliyyətimizdir”

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR