Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub

Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub

PRESS

Bugün, 20:38

Naxçıvan Televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.

Mia.az-ın Oxu.az-a istinadən məlumatına görə, Sahil Tahirli Speys televiziyasında "Xəbərlər" departamentinin rəhbəri təyin olunub.

Xatırladaq ki, S.Tahirli bu təyinatdan əvvəl "Hədəf" Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib.

O, 13 il Naxçıvan Televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR