Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və...

 Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və...

CƏMİYYƏT

Bugün, 14:25

15 il Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqallı hadisə yaşayıb. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.

Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən sözlü mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.

Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın Baş nazirinin müavini işləyib. O, görkəmli musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR