Kamal Kılıçdaroğlu rəsmən geri addım atdı, şok iddia səsləndirdi: "Biz bu oyunu pozacağıq!"

 Kamal Kılıçdaroğlu rəsmən geri addım atdı, şok iddia səsləndirdi: \"Biz bu oyunu pozacağıq!\"

GÜNDƏM

Bugün, 12:55

Məhkəmə qərarı ilə CHP sədriyinə gətirilən Kamal Kılıçdaroğlu bu gün Türkiyə parlamentində Bakı vaxtı ilə saat 14.30-a təyin etdiyi deputatlarla toplantısını təxirə salıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Kılıçdaroğlu bildirib ki, toplantıntı gözlənilən gərginlik səbəbindən  parlamentdə deyil, partiyanın mərkəzi qərargahında saat 15.00-da (Bakı vaxtı ilə) keçiriləcək: 

Kamal Kılıçdaroğlu Özgür Özəl və ətrafına da "yüklənrək". onları xaos yaratmaqda ittiham  edib:  "Total xalq üsyanı kimi davranaraq, bu partiyanın əsl oğullarını bir-birinə qarşı qoymaq istəyənlər bilməlidirlər ki, biz heç vaxt bu çirkli ambisiyalara yol verməyəcəyik! Daxili qarışıqlıq yaratmaq səyləri yalnız xarici müdaxiləyə can atanlara zəmin hazırlayır. Biz bu oyunu pozacağıq! İndi bir-birmizlə mübarizə aparmaq üçün deyil, çiyin-çiyinə dayanmağın vaxtıdır. Bütün yoldaşlarımı, bu dərin kök salmış ağacın oğullarını sakitliyə və ağıla dəvət edirəm. Biz birik və birlikdəyik" dedi.

Qeyd edək ki, dünən Kılıçdaroğlu CHP-liləri birliyə səsləyib. O, 11 iyunda partiyanın iclasında qurultay prosesinə rəsmi start veriləcəyini də açıqlayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR