“Qalatasaray”ın futbolçusu Fransada kluba şərik olur

“Qalatasaray”ın futbolçusu Fransada kluba şərik olur  

İDMAN

Bugün, 15:02

“Qalatasaray”ın 35 yaşlı futbolçusu İlkay Gündoğanın gələcəyinə sərmayə qoymağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir sıra ticarət sahələri ilə yanaşı, futbol sahəsində də sərmayə qoymaq niyyətinə düşüb.

Məlumata əsasən, İlkay Fransanın “Montpellie” klubunun mandasında səhmdar olmağa hazırlaşır.

Fransanın “L'Equipe” qəzeti yazır ki, İlkay Gündoğanın vəkilləri artıq klubla bazarlıq edir: “İlkay Gündoğanla yanaşı, "Arsenal"ın keçmiş oyunçusu Daniel Karbastion da bu klubdan sıəhm almağa çalışır”.

Xatırladaq ki, ötən yay "Qalatasaray"a keçən İlkay Gündoğan burada 38 matçda forma geyinib. O, bu matçlarda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR