Əziz Yıldırım ilk transfer xəbərini “parlatdı”

Əziz Yıldırım ilk transfer xəbərini “parlatdı”  

İDMAN

Bugün, 00:40

"Fənərbaxça"nın yeni prezidenti Əziz Yıldırım prezident seçkisində ilk transfer xəbərini “parladıb”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İspaniyanın “Molyarka” komandasının hücumçusu Vedat Muriqinin alışını həyata keçirdiklərini təsdiqləyib: “Kosovolu hücumçu artıq bizim komandanın üzvüdür…”

Vedat Muriqinin həyat yoldaşı Edibe Muriqi də Əziz Yıldırımın prezident seçildiyi anda sosial mediada ərinin fotosunu paylaşaraq transfer xəbərini təsdiqləyib.

Məlumatda deyilir ki “Malyorka” əvvəlcə Vedat Muriqi üçün 20 milyon avro istəsə də, danışıqlar nəticəsində qiymət 15 milyon avroya endirilib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR