Afaq Bəşirqızı əməliyyat olunub
MƏDƏNİYYƏT
05.06.2026, 12:00
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.
Uzun müddətdir ayaqlarında yaranan problemlərə görə yeriməkdə əziyyət çəkən sənətkar bu xəstəlikdən birdəfəlik azad olmaq üçün əməliyyat masasına uzanıb.
Sənətkar üçün xaricdən xüsusi həkim gəlib və onu müayinə edəndən sonra təcili əməliyyata ehtiyac olduğunu bildirib. Mia.az xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb: “Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şey qaydasındadır. Ayaqlarını normal hərəkət etdirə bilir. Afaq xanımın onurğa beynində sıxılma var idi. Əvvəl də əməliyyat olunmuşdu. Ona bir müddət reabilitasiya lazım olacaq. Qısa müddətdə xeyrini görəcək. Bu Afaq xanımda uzunmüddətli bir problem idi. Problem uzunmüddətli olanda onun düzəlməsi də çox çəkə bilər. Ümid edək ki, ən qısa müddətdə yaxşılaşacaq. Ümid edirəm ki, 2 gündən sonra vəziyyətinin düzəlməsindən asılı olaraq xəstəxanadan evə buraxılacaq. Almaniyadan xüsusi Afaq xanımı əməliyyat etmək üçün gəlmişəm. 6-cı gün qayıdacam”. Xalq artisti əməliyyatdan sonra səhhəti haqda moderator.az-a danışıb və həkimlərinə təşəkkür edib: “Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən istəyirəm ki, bizim savadlı, gözəl, bacarıqlı həkimlərimizi bütün xalqımız tanısın və həkimlərimizi tərif etsinlər, onlara öz minnətdarlıqlarını bildirsinlər. Bizdə pis həkim yoxdur. Pis həkimlər göz qabağındadır. Onlar da demək olar ki, yox kimidirlər. Bizim Səhiyyəmiz çox gözəl vəziyyətdədir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm. Məni dünən əməliyyat edən həkim Turab Qasımov tərtəmiz azərbaycanlıdır. Lakin Almaniyada yaşayır. Çünki universiteti də xaricdə bitirib, müdafiələrini də xaricdə edib. Lakin buna baxmayaraq o xaricdən gəlib məni öz istəyi ilə tam təmənnasız əməliyyat etdi. Mən Ege hospitalın bütün tibbi personalına, başda Barat Yusifov olmaqla Xəyyam Eyvazova, Ağakişi Yəhyayevə, məni əməliyyat edən Turab Qasımova öz təşəkkürümü bildirirəm. Mən Turab balama bir kəlmə söz dedim.. Dedi ki, “Afaq xanım, heç də narahat olmayın, siz deyən olacaq”. Artıq o dediyini isbatladı, mən dünən yeridim. Çox şükür Allaha”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM