"Ulduz" jurnalının şöbə redaktoru Hicran Hüseynova vəfat edib

\"Ulduz\" jurnalının şöbə redaktoru Hicran Hüseynova vəfat edib

MƏDƏNİYYƏT

Bugün, 00:00

"Ulduz" jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova ağır xəstəlikdən sonra vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb.

"Ulduzlar sönür, ya yox -- bilmirəm. Sən bizim sönməyən "Ulduz"umuzsan! İşığını innən belə də əsirgəmə..." -- baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşını haqqında bunları yazıb.

Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəngdən müalicə alırdı.

Mia.az-ın kollektivi də Hicran xanımın vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə, iş yoldaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR