Azərbaycan və Avropa İttifaqı yeni sənəd imzalayacaq? - Rəylər
SİYASƏT
Bugün, 14:31
Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın Rusiya tərəfindən qıcıqla müşahidə olunması və rəsmi İrəvana qarşı pressinq siyasətinə əl atılması fonunda Brüsselin digər postsovet ölkələri ilə bağlı da hərəkətə keçməsi diqqət çəkir.
Məlumata görə, Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanması üçün rəsmi hazırlıqlara başlayıb.
Musavat.com xəbər verir ki, bununla bağlı açıqlamanı Aİ Şurasının Kipr sədrliyi yayıb: “Kipr sədrliyi bu gün Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının ilk qrupunun rəsmi açılışı üçün hazırlıqlara başlayıb”. Sədrlik “danışıqları başa çatdırmaq üçün yaxın günlərdə fəal şəkildə” çalışacağına söz verib: “Aİ Şurasında danışıqların başlanması ilə bağlı müzakirəyə başlamaq”.
Məlumata görə, bu danışıqlar 15 iyunda Lüksemburqda keçiriləcək Aİ-nin genişlənməsi üzrə hökumətlərarası konfransda başlaya bilər.
Bu arada, Azərbaycanla bağlı yayılan məlumat da diqqət çəkir. Azərbaycan və Avropa İttifaqı “Tərəfdaşlıq prioritetləri” sənədinin mətnini razılaşdırıb və strateji əməkdaşlıq üzrə müzakirələri bərpa edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən və tərəfdaşlığın 30 illiyinə həsr olunan danışıqlar məhsuldar keçib. Tərəflər sənədin əsas müddəalarını ilkin olaraq razılaşdırıb və yeni ikitərəfli strateji tərəfdaşlıq sazişi üzrə danışıqları yenidən başlayıblar. Aİ nümayəndəliyi qeyd edib ki, əsas diqqət siyasi dialoqun gücləndirilməsinə, əlaqələrin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlib. Həmçinin xatırladılıb ki, Avropa İttifaqı Şurası 14 noyabr 2016-cı ildə Avropa Komissiyası və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinə Azərbaycanla yeni saziş üzrə danışıqlar aparmaq mandatı verib. Bu sənəd 1996-cı ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq sazişini əvəz etməlidir. Yeni strateji tərəfdaşlıq sazişinin dörd əsas blokdan ibarət olacağı gözlənilir. Bununla belə, xüsusilə ticarət-iqtisadi sahədə bəzi məsələlər hələ də açıq qalır. Bu proses əslində Azərbaycan ilə Aİ arasında münasibətlərin yenilənməsi cəhdi kimi qiymətləndirilə bilər. “Tərəfdaşlıq prioritetləri”nin razılaşdırılması tərəflərin əməkdaşlığı davam etdirmək niyyətində olduğunu göstərir. Əsas çətinlik iqtisadi sahədədir. Burada bazarlara çıxış, enerji əməkdaşlığı və standartlar kimi həssas məsələlər var. Aİ daha sərt qaydalar təklif edir, Azərbaycan isə qərarvermədə daha çox müstəqilliyi qorumağa çalışır. Bununla yanaşı, Aİ üçün Azərbaycan enerji və nəqliyyat baxımından vacib tərəfdaş olaraq qalır. Azərbaycan isə investisiya və texnologiya baxımından Avropa ilə əməkdaşlığı genişləndirmək istəyir. Nəticə etibarilə, siyasi yaxınlaşma daha sürətli getsə də, iqtisadi razılaşmalar prosesin taleyini müəyyən edəcək əsas amil olaraq qalır.
Azərbaycan-Aİ əməkdaşlığı haradək inkişaf edə bilər? Ekspertlərimizin bu barədə maraqlı şərhləri var.
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında mövzumuzla bağlı maraqlı açıqlamalar verib: “İyunun əvvəlində Bakıda keçirilən görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi ilkin olaraq razılaşdırılıb və yeni çərçivə sazişinin təxminən 90%-nin hazır olduğu bildirilir. Bununla belə, yerdə qalan 10%-lik hissə son dərəcə mühüm məsələləri əhatə edir və illərdir aparılan danışıqlarda tərəflərin mövqeyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməyib. Əgər Avropa İttifaqı yalnız öz çıxarlarını əsas götürəcəksə, bu dəyişikliyin baş verəcəyi də gözlənilmir. Yəni Azərbaycanın mövcud şəraitdə Avropaya ixrac etdiyi enerji daşıyıcılarının, ilk növbədə təbii qazın qiymətini daxili bazar qiymətlərinə yaxınlaşdıracağını real hesab etmirəm. Belə bir tələb yalnız ölkəmiz Avropa İttifaqına üzv qəbul ediləcəyi, yaxud Qərbin öz qabaqcıl texnologiyalarını bizimlə tam bölüşəcəyi təqdirdə ədalətli görünə bilərdi”. S.Alıyev digər məqama da diqqət çəkib: “Hesab edirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzvülük və “Açıq səma” sazişinin prinsiplərinə uyğun əməkdaşlıq məsələlərində ortaq məxrəcə gəlmək, Azərbaycanın qazını ölkəmizdəki tariflə Avropaya satması və ya qiymətləri süni şəkildə oradakı səviyyəyə qaldırması tələbinin icrasından daha asandır. Eyni zamanda, açıq etiraf etmək lazımdır ki, sazişin bu qədər gecikdirilməsində Fransanın “oyunpozucu” və ləngidici rolu az deyil. Avropa Parlamentində Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasının və ölkə üzərində suverenliyini tam bərpa etməsinin əleyhinə yönələn əksər qətnamələrin müəllifi məhz Fransadır”. Deputat verilən anonsla bağlı elə də nikbin fikirdə deyil: “Əgər Avropa İttifaqının adından çıxış edən parlamentdə Azərbaycanla əlaqələrin dondurulması və ölkəmizə qarşı sanksiyaların tətbiqi barədə qətnamələr qəbul olunursa, bu, sözügedən qurumla Azərbaycan arasında tərəfdaşlıq sazişi ilə bağlı aparılan danışıqlara müsbət təsir göstərə bilərmi? Əlbəttə, yox. Ona görə də Avropa İttifaqı öz mövqeyində əhəmiyyətli dəyişikliklər etməsə, yaxın perspektivdə belə bir sazişin imzalanacağını düşünmürəm. Dəyişiklik olunacağı və saziş imzalanacağı təqdirdə belə, Fransanın onu ratifikasiya edəcəyi hələlik sual altındadır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə ölkəmizin önəmli rolundan bəhs edib: “Ərazi bütövlüyünü təmin edən və azad edilmiş ərazilərdə yenidənqurma işlərini genişləndirən Azərbaycanın bölgədə rolu artmaqla yanaşı, ölkəmiz nəqliyyat və enerji layihələrinin əhəmiyyətli mövqeyə sahibdir. Avropa Azərbaycandan keçən nəqliyyat yollarından istifadə etməyi planlaşdırır. Bundan başqa Azərbaycanda yeni qaz rezervlərinin işlənilməsinə başlanılması da Brüsselin diqqət mərkəzindədir. Bu səbəbdən Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı planlaşdırır. Avropa İttifaqı ilə artan əməkdaşlıq Azərbaycan üçün də vacibdir. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropadadır. Azərbaycan qazının əsas alıcıları da Avropa ölkələridir. Bu, Azərbaycanın gəlirlərinin artmasına imkan verir. Odur ki, bu səbəbdən Bakının Brüssellə imzalayacağı yeni tərəfdaşlıq sazişi siyasi və iqtisadi əlaqələrin yaxın gələcəyini müəyyənləşdirəcək”. E.Şahinoğlu qeyd edib ki, Cənubi Qafqazın təhlükəsizliyi də Avropa İttifaqı üçün əhəmiyyətlidir: “Rusiya və İrandakı bəzi dairələr Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlığının əleyhinədirlər. Halbuki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıqları üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycan müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verir və bu çərçivədə Bakının Brüssellə tərəfdaşlığıı gücləndirməsi ölkəmizin seçimidir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: Türkiyəli futbolçuların geyim nömrələri bəlli oldu - SİYAHI
Bugün, 16:20 İDMAN
-
Türkiyənin valyuta ehtiyatı azaldı, qızılı isə artdı – Son bir həftədə
Bugün, 16:07 İQTİSADİYYAT
-
Azərbaycandan Ermənistana yanacaq göndərildi
Bugün, 16:00 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Arzu Əliyeva məktəbdə - FOTO
Bugün, 15:47 CƏMİYYƏT
-
YAP Sabunçu rayon təşkilatının keçmiş sədri həbs olundu - Məkəmə zalında... (YENİLƏNİB)
Bugün, 15:30 KRİMİNAL
-
“Hizbullah” İsrail ordusunun generalını “ovlamaq” istəyib
Bugün, 15:19 DÜNYA
-
Tuncay Şanlı “Fənərbaxça”dan ayrıldı
Bugün, 15:10 İDMAN
-
"Fənərbaxça"nın prezidenti və qardaşı həbs edildi - Səbəb
Bugün, 15:00 İDMAN
-
Vilayət Eyvazov Qazaxda iki gün vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Bugün, 14:56 CƏMİYYƏT
-
Müstəntiq blogerin məhkəməsində dindiriləcək
Bugün, 14:56 KRİMİNAL
-
"ASAN Məktub – Yaz Düşərgəsi 2" layihəsi həyata keçirilib
Bugün, 14:53 CƏMİYYƏT
-
XƏTAİDƏ PİYADA SƏKİLƏRİ SATILIR: “Ayıb deyil?” – VİDEO
Bugün, 14:38 CƏMİYYƏT
-
Azərbaycan və Avropa İttifaqı yeni sənəd imzalayacaq? - Rəylər
Bugün, 14:31 SİYASƏT
-
Vahid Əhmədov: "Mən cənab Prezidentin çıxışına qulaq asmışam..."
Bugün, 14:24 SİYASƏT
-
Rusiyadan Ermənistana yenə yük göndərildi - Azərbaycandan keçməklə
Bugün, 14:10 İQTİSADİYYAT
-
"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırdı
Bugün, 13:55 İDMAN
-
İsrail Qəzzaya zərbə endirdi – 11 nəfər ölüb
Bugün, 13:48 DÜNYA
-
Ruslan Eyyubova yekun ittiham verildi - İstintaq başa çatıb
Bugün, 13:20 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:01 CƏMİYYƏT
-
Eldar Rəsulova “AzerGold”da vəzifə verildi
Bugün, 12:38 PRESS
-
Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb - VİDEO
Bugün, 12:38 CƏMİYYƏT
-
Əslən gəncəli Ukrayna ordusunda yüksək vəzifəyə təyin olundu - O, kimdir?
Bugün, 12:29 SİYASƏT
-
Mansur Yavaş: “Kılııçdaroğlu ilə telefonda danışmamışam, yalandır!”
Bugün, 12:20 DÜNYA
-
SƏLƏMÇİ və SƏLƏMƏ VERİLƏN PULLAR... - Ali Məhkəmə izahat yaydı
Bugün, 12:07 CƏMİYYƏT
-
"TURAN TOVUZ"UN BƏLASI: Elxan Məmmədovun məkrli oyunu, Ehtiram Quliyevin günahı, AFFA və UEFA-nın isə...
Bugün, 12:02 İDMAN
-
Ermənistanda seçkilərə sayılı günlər qaldı: nələr gözlənilir? - TƏHLİL
Bugün, 11:59 SİYASƏT
-
Tramp: “İranla bu həftə anlaşma ola da bilər, olmaya da…”
Bugün, 11:52 GÜNDƏM
-
“Qalatasaray”da dünya ulduzu: Görün kim gəlir - FOTO
Bugün, 11:36 İDMAN
-
"Şamaxı" klubu braziliyalı futbolçusu ilə vidalaşıb
Bugün, 11:19 İDMAN
-
Avtomobil, dəmir yolu, metro... - Nəqliyyat sahəsi ilə bağlı qanunlar dəyişir
Bugün, 11:08 CƏMİYYƏT
-
Hesablama Palatasına əlavə səlahiyyət veriləcək
Bugün, 11:04 İQTİSADİYYAT
-
Həmin o parazit öz mənfəətini güdüb, rahatca işləyəcək, amma...
Bugün, 10:47 YAZARLAR
-
Zeynəb Xanlarovanın yeni görüntüsü maraqla qarşılanıb - FOTO
Bugün, 10:43 MƏDƏNİYYƏT
-
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Bugün, 10:43 MƏDƏNİYYƏT