"Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və..." - Zahidf Orucdan "Məcburi köçkünlərin statusu haqqında” qanuna olunan dəyişikliyə şərh
SİYASƏT
03.06.2026, 12:54
“Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni Böyük Qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırkı akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcək. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib Yüz İlin başlandığını göstərən əsas milli ideyadır”.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, Mənzil Məcəlləsinə edilən dəyişikliklə yaradılacaq “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu”na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək:
""Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur. “Məcburi köçkünlərin sosial müdafiəsi haqqında” Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq. Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər. Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir".
Komitə sədri qeyd edib ki, otuz il ərzində dünyanın müxtəlif tribunalarından “qaçqınlar”, “məcburi köçkünlər”, “didərginlər” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yanlışlıq edən aparıcı haqqında araşdırma başlayıb - Telekanal üzr istədi
Bugün, 13:07 PRESS
-
Baxçalıdan seçki açıqlaması: “Ərdoğan yerindədir, biz də arxasındayıq”
Bugün, 12:57 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:54 CƏMİYYƏT
-
İsrail Qəzzaya hücum edib – 5 mülki şəxs həlak olub
Bugün, 12:47 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 12:38 GÜNDƏM
-
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər... - Qanuna dəyişir
Bugün, 12:34 CƏMİYYƏT
-
Əli Kərimlinin barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
Bugün, 12:20 SİYASƏT
-
Kılıçdaroğlundan deputatlara diqqətçəkən mesaj: "Məni gözləyin, qəti başqa partiyaya getməyin!"
Bugün, 11:58 SİYASƏT
-
Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
Bugün, 11:53 SİYASƏT
-
Şahmar Mövsümov: "Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb"
Bugün, 11:32 İQTİSADİYYAT
-
Mustafa Nuhbalayev vəzifədən azad edilib
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artisti Flora Kərimova xəstəxanadan evə buraxılır - 3 günə...
Bugün, 11:11 MƏDƏNİYYƏT
-
Prezidentin köməkçisi : "Qarşıdakı dörd il yarım müddətində..."
Bugün, 11:09 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirilir
Bugün, 11:00 GÜNDƏM
-
Avropa ölkəsində skandal - Vəliəhdin oğlu zorlama ittihamı ilə həbs edildi
Bugün, 10:53 DÜNYA
-
73 056 IMEI koda "klon" statusu verilərək blok edilib
Bugün, 10:41 İQTİSADİYYAT
-
Roma Papası Azərbaycana səfərə dəvət edildi - Prezidentlə görüş oldu + FOTOLAR
Bugün, 10:34 GÜNDƏM
-
TRT-də tarixi səhv – Dünya mediası bu yanlışı müzakirə edir
Bugün, 10:18 PRESS
-
İndoneziyada güclü zəlzələ oldu
Bugün, 10:06 DÜNYA
-
Media və Yayım Şurası yaradılacaq - QANUN DƏYİŞİR + DETALLAR
Bugün, 09:48 PRESS
-
Azərbaycan neftinin qiyməti 86 dollara endi
Bugün, 09:48 İQTİSADİYYAT
-
Böyük Britaniyada 16 yaşa qədər uşaqların sosial mediaya çıxışı qadağan olundu
Bugün, 09:40 PRESS
-
Gömrük Komitəsi proqnozu kəsirlə icra edib
Bugün, 09:24 İQTİSADİYYAT
-
İmamoğlu Kamal Kılıçdaroğlunu ələ saldı: “Bu bədniyyətli qəyyumun nə düşündüyünü bilmirəm, ancaq..."
Bugün, 09:17 SİYASƏT
-
Rəsmi Vaşinqton: “İran uran ehtiyatlarını məhv etməyə razılaşıb”
Bugün, 09:02 GÜNDƏM
-
ABŞ-ın nəhəng təyyarəsi qəzaya uğradı – 8 hərbçi həlak oldu
Bugün, 08:55 GÜNDƏM
-
CHP-li bələdiyyə sədri barədə həbs qərarı verildi
Bugün, 08:36 SİYASƏT
-
DÇ-2026-ya iz qoyan siyasi çalar - İranla oyunda bu mesaj nəyə işarə idi? + FOTO
Bugün, 08:29 SİYASƏT
-
DÇ-2026-da daha bir sürpriz: Muslera tarix yazdı!
Bugün, 08:19 İDMAN
-
Hikmət Hacıyevin Ermənistana səfəri: üç istiqamətdə aparılan danışıqlar və...- TƏHLİL
Bugün, 01:05 SİYASƏT
-
DÇ-2026: Belçika Misir yığması ilə bacarmadı
Bugün, 00:57 İDMAN
-
İspaniya yığmasının qarşısına sədd çəkən 40 yaşlı qapçı… - Bir saata izləyici sayı 2 milyon artdı
Bugün, 00:44 İDMAN
-
İran Prezidenti: “ABŞ-la anlaşmaya əməl olunarsa...”
Bugün, 00:33 GÜNDƏM
-
ABŞ-ın strateji neft ehtiyatı 43 İlin ən aşağı səviyyəsinə enib -Hesabat
Bugün, 00:27 İQTİSADİYYAT