İsrail Livana ağır zərbələr endirdi – Ölənlər var

İsrail Livana ağır zərbələr endirdi – Ölənlər var  

DÜNYA

Bugün, 11:04

Donald Trampın bir neçə gün əvvəl araya girərək “Livana hücum dayandı” açıqlamasını verməsinə baxmayaraq, israil sübh tezdən Livanın cənubundakı Tir və Nəbatiyyə şəhərlərinə aviazərbə endirib.

Mia.az xarici mətbuiaa istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, İsrail PUA-larla Tir şəhərinin Xoş bölgəsinə hücumu nəticəsində dörd Suriya vətəndaşı həlak olub: “İsrail ordusu bununla yanaşı, Tir şəhərinin Mamura-Xos yolunda bir maşını vurub, nəticədə iki fələstinli həyatını itirib. Nəbatiyyə şəhərinin Ərəbsəlim bölgəsinə zərbədə isə bir səhiyyə işçisi həlak olub”.

Məlumatda deyilir ki, İsrail döyüş təyyarələri isə səhər saatlarında Tir şəhərinin Bazuriya bölgəsinə iki hava hücumu həyata keçirib: “Nəticədə bölgədə güclü partlayışlar olub. İtkilər dəqiqləşdirilir”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR