Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenə hakim qarşısında + FOTOLAR
GÜNDƏM
Bugün, 20:00
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı başlayıb.
Mia.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Təqsirləndirilən şəxslər tərcüməçilərə, məhkəmə kollegiyasına, müdafiəçilərə, dövlət ittihamını müdafiə edən prokurorlara, həmçinin nümayəndələrə etiraz etmədiklərini bildiriblər.
Təqsirləndirilən şəxslərə cinayət-prosessual qanunvericilikdə müəyyən edilən tutulmuş hüquq və vəzifələri təkrarən izah olunub. David Babayan özü tərəfindən, digər təqsirləndirilən şəxslər isə müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə etdiklərini deyiblər.
Sədrlik edən şikayətlər üzrə təqsirləndirilən şəxslərin mövqelərini öyrəndikdən sonra qaldırılan vəsatətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti mərhələdə müzakirə ediləcəyini bildirib.
Təqsirləndirilən şəxslər apellyasiya şikayəti üzrə bəzi dəqiqləşdirmələrin aparılması, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatından nümayəndənin məhkəmə iclasında iştirak etməsi, şahidlərin dindirilməsi və digər məsələlər barədə müvafiq vəsatətlər veriblər.
Dövlət ittihamını müdafiə edən prokuror Sevinc Qasımova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsi hazırkı məhkəmə prosesində proses tərəfi deyil. Həmin qurumun nümayəndəsi ictimai əsaslarla açıq məhkəmə iclasında iştirak edə bilər. Qanunvericiliyə əsasən ombudsman və ya Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin saxlanılma şəraiti, eyni zamanda, digər hallarla bağlı yerində tanış ola və preventiv tədbirlər görə bilərlər.
Həmçinin qeyd olunub ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı kifayət qədər şahid dindirilib və onlar əvvəlki ifadələrini yenidən təsdiqləyiblər. Qanunvericiliyə əsasən, birinci instansiyada təqdim edilməmiş yeni sübutların apellyasiya mərhələsində qəbul olunması üçün əvvəllər təqdim edilə bilməmə səbəblərinin əsaslandırılmalı olduğu xatırladılıb.
Qeyd olunub ki, yeni şahidlərin dindirilməsi barədə vəsatət verilərkən həmin şəxslərin konkret anket məlumatları təqdim edilməli olduğu halda, müdafiə tərəfi bu məlumatları göstərə bilməyib.
Bundan başqa, ittiham tərəfi vurğulayıb ki, sübutların lüzumsuz toplanılması məhkəmə prosesinin uzadılmasına və süründürməçiliyə gətirib çıxarmamalıdır.
Bu səbəblərdən dövlət ittihamını müdafiə edən prokuror prosesin lüzumsuz yerə uzanmaması üçün verilən vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib.
Zərərçəkmiş şəxslərin nümayəndələri də dövlət ittihamını müdafiə edən prokurorun mövqeyi ilə razı olduqlarını bildiriblər.
Məhkəmə iclasında, həmçinin vurğulanıb ki, vəsatətlərdən biri də iclas protokolları və iş materialları ilə elektron qaydada tanış olmaqla bağlı idi. Burada heç bir məhdudiyyət yoxdur və istənilən proses iştirakçısı müraciət edərək sənədlərlə tanış ola bilər.
Daha sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və müdafiə tərəfinin vəsatətlərinin qismən təmin edildiyi bildirilib.
Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-ın Azərbaycana göndərməyə hazırlaşdığı yeni səfir və gözləntilər... - TƏHLİL
Bugün, 20:17 SİYASƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenə hakim qarşısında + FOTOLAR
Bugün, 20:00 GÜNDƏM
-
Pensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqindədir!
Bugün, 19:37 İQTİSADİYYAT
-
İRAN GERİ ADDIM ATDI: nüvə ehtiyatı ABŞ-a veriləcək? – Dövlət katibindən mühüm açıqlama
Bugün, 19:05 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı azalıb - Hesabat
Bugün, 18:50 İQTİSADİYYAT
-
Dövlət katibinin köməkçisi: "ABŞ Azərbaycanın enerji infrastrukturunda daha böyük rol oynamaq istəyir"
Bugün, 18:21 İQTİSADİYYAT
-
"Burada nə ədəbsizlik var?" - Tacir Şahmalıoğlu
Bugün, 18:05 ŞOU-BİZNES
-
Onlara bu qədər müavinət ödəniləcək - Yeni qanun
Bugün, 17:47 İQTİSADİYYAT
-
Xameneinin dəfninə hazırlıq gedir
Bugün, 17:40 GÜNDƏM
-
Dövlət Reklam Agentliyində təyinat - Yeni sədr müavini haqda maraqlı məlumatlar yayıldı
Bugün, 17:13 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olacaq - Naxçıvanla bağlı
Bugün, 16:50 GÜNDƏM
-
ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanıda - FOTO
Bugün, 16:33 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
Bugün, 16:25 GÜNDƏM
-
Ceyhun Bayramov Özbəkistan XİN başçısı ilə müzakirə aparıb
Bugün, 16:20 SİYASƏT
-
Tramp Ankaraya gəlir – XİN başçısı açıqladı
Bugün, 16:10 GÜNDƏM
-
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi
Bugün, 16:02 CƏMİYYƏT
-
Gündüz Ağayev baş həkimlikdən imtina etdi
Bugün, 15:49 CƏMİYYƏT
-
IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçiriləcək
Bugün, 15:47 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu sualdan qaçdı
Bugün, 15:32 SİYASƏT
-
"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə vidalaşıb
Bugün, 15:19 İDMAN
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqəsi başlayır
Bugün, 15:10 CƏMİYYƏT
-
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynov... - O, kimdir ? + FOTOLAR
Bugün, 14:57 CƏMİYYƏT
-
Rövşən Rüstəmov: "BTQ alternativ marşrut deyil"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
Bugün, 14:40 KRİMİNAL
-
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - Fərman + DETALLAR
Bugün, 14:24 GÜNDƏM
-
"ASAN xidmət"ə əlavə səlahiyyət verildi - Sərəncam
Bugün, 14:10 GÜNDƏM
-
TƏBİB yenidən "yığılır" - Yeni icraçı direktor 11 nəfəri işdən çıxardı, aralarında 4 departament müdiri də var
Bugün, 14:01 GÜNDƏM
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilib - Bu gün istifadəyə verildi (Yenilənib)
Bugün, 13:48 İQTİSADİYYAT
-
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi - FOTOLAR
Bugün, 13:24 CƏMİYYƏT
-
Özgür Özəl sabiq deputatları da parlamentə toplayır
Bugün, 13:11 DÜNYA
-
"Şamaxı" klubu yeni baş məşqçi ilə anlaşıb
Bugün, 12:59 İDMAN
-
Sabah yağış yağacaq
Bugün, 12:47 GÜNDƏM
-
Baxçalıdan tarixi çağırış: “Ali Məhkəmə qərarını ən qısa zamanda verməlidir”
Bugün, 12:41 DÜNYA