İRAN GERİ ADDIM ATDI: nüvə ehtiyatı ABŞ-a veriləcək? – Dövlət katibindən mühüm açıqlama

İRAN GERİ ADDIM ATDI: nüvə ehtiyatı ABŞ-a veriləcək? – Dövlət katibindən mühüm açıqlama

GÜNDƏM

Bugün, 19:05

İsrailin Livana hücumunu əsas gətirərək ABŞ-la danışıqları dayandırdığı açıqlanan İranın, əslində, sülh prosesində ciddi güzəştə hazırlaşdığı üzə çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Dövlət Katibi Marko Rubio mühüm açıqlamalar verib.

Onun sözərinə görə,  İran əvvəllər müzakirəyə qəti şəkildə yaxın buraxmadığı uran ehtiyatı və nüvə proqramıyla bağlı geri addım atıb: “Artıq İran zənginləşdirilmiş nüvə ehtiyatıyla bağlı tələbimzin müzakirəsinə razılaşıb”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl İranın ABŞ ilə danışıqları dayandırdığı barədə məlumatlardan xəbərsiz olduğunu deyib. O, əlavə edib ki, İranla danışıqlar davam edir, lakin dayanmaq ehtialı da var.

ABŞ lideri İrana qarşı tələbi sərtləşdirərək qeyd edib ki, Tehran uran ehtiyatınə onlara təhvil verməli, eyni zamanda, Hörmüz boğazıya bağlı hazırkı mövqeyindən müharibəyə qədərki vəziyyətə dönməlidir.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR