Dövlət katibinin köməkçisi: "ABŞ Azərbaycanın enerji infrastrukturunda daha böyük rol oynamaq istəyir"
İQTİSADİYYAT
Bugün, 18:21
Bakıda keçirilən birinci İqtisadi Dialoq çərçivəsində ABŞ-ın Azərbaycanda enerji sektoruna investisiyalarını artırmaq və enerji infrastrukturu layihələrində iştirakını genişləndirmək planları müzakirə olunub.
APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, iqtisadi dialoqun əsas məqsədi tərəflərin iqtisadi təkliflərini bir araya gətirmək, onların icrası üçün konkret fəaliyyət planı hazırlamaq və real nəticələr əldə etməkdir: “Biz enerji sektoruna konkret investisiyalar yatırmağı planlaşdırırıq. Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi bir araya gətirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və real nəticələr əldə etməkdir. Çünki nəticə etibarilə sülh ortaq iqtisadi rifah maraqları üzərində qurulur”.
Kaleb Orr vurğulayıb ki, hazırda üzərində işlənən bir sıra təşəbbüslər mövcuddur və enerji sektoru artıq ABŞ investisiyalarını cəlb edən əsas istiqamətlərdən biridir.
Onun sözlərinə görə, “Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ-ın aparıcı enerji şirkətləri ilə görüşlər keçirilib: “Ötən il “Bakı Enerji Həftəsi”ndə “ExxonMobil” Azərbaycanda yeni kəşfiyyat işləri ilə bağlı Anlaşma Memorandumu imzalayıb və biz bu təşəbbüsü dəstəkləyirik. “ExxonMobil” Azərbaycanda enerji tranziti üzrə bir sıra mühüm infrastruktur layihələrinin səhmdarlarından biridir. “Chevron” isə dünən “Bakı Enerji Həftəsi”ndə yeni tədqiqat sazişi imzalayıb və biz bu konkret layihələrin irəliləməsini dəstəkləyirik”.
Kaleb Orr qeyd edib ki, ABŞ daha geniş mənada Azərbaycanın qurduğu boru kəmərləri və digər enerji infrastrukturu layihələrində daha böyük rol oynamaqda maraqlıdır. “Prezident Trampın Sülh və Rifah Marşrutu təşəbbüsü sayəsində Azərbaycanın Avropaya və dünyanın digər regionlarına enerji nəqlini təmin edən Orta Dəhlizin əsas mərkəzi kimi rolunu daha da gücləndirməsinə töhfə verə biləcəyimizi gözləyirik”.
O bildirib ki, Azərbaycan hazırda dünya üçün strateji əhəmiyyət daşıyan mühüm enerji istehsalçılarından biridir və Vaşinqton Bakı ilə əməkdaşlığın yaxın illərdə daha da genişlənəcəyinə inanır.
“ABŞ bu tərəfdaşlıqdan ciddi fayda əldə edir və qarşıdakı illərdə münasibətlərimizin əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyirik”, –Kaleb Orr əlavə edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ-ın Azərbaycana göndərməyə hazırlaşdığı yeni səfir və gözləntilər... - TƏHLİL
Bugün, 20:17 SİYASƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenə hakim qarşısında + FOTOLAR
Bugün, 20:00 GÜNDƏM
-
Pensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqindədir!
Bugün, 19:37 İQTİSADİYYAT
-
İRAN GERİ ADDIM ATDI: nüvə ehtiyatı ABŞ-a veriləcək? – Dövlət katibindən mühüm açıqlama
Bugün, 19:05 GÜNDƏM
-
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı azalıb - Hesabat
Bugün, 18:50 İQTİSADİYYAT
-
Dövlət katibinin köməkçisi: "ABŞ Azərbaycanın enerji infrastrukturunda daha böyük rol oynamaq istəyir"
Bugün, 18:21 İQTİSADİYYAT
-
"Burada nə ədəbsizlik var?" - Tacir Şahmalıoğlu
Bugün, 18:05 ŞOU-BİZNES
-
Onlara bu qədər müavinət ödəniləcək - Yeni qanun
Bugün, 17:47 İQTİSADİYYAT
-
Xameneinin dəfninə hazırlıq gedir
Bugün, 17:40 GÜNDƏM
-
Dövlət Reklam Agentliyində təyinat - Yeni sədr müavini haqda maraqlı məlumatlar yayıldı
Bugün, 17:13 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olacaq - Naxçıvanla bağlı
Bugün, 16:50 GÜNDƏM
-
ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanıda - FOTO
Bugün, 16:33 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
Bugün, 16:25 GÜNDƏM
-
Ceyhun Bayramov Özbəkistan XİN başçısı ilə müzakirə aparıb
Bugün, 16:20 SİYASƏT
-
Tramp Ankaraya gəlir – XİN başçısı açıqladı
Bugün, 16:10 GÜNDƏM
-
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi
Bugün, 16:02 CƏMİYYƏT
-
Gündüz Ağayev baş həkimlikdən imtina etdi
Bugün, 15:49 CƏMİYYƏT
-
IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçiriləcək
Bugün, 15:47 CƏMİYYƏT
-
Kamal Kılıçdaroğlu sualdan qaçdı
Bugün, 15:32 SİYASƏT
-
"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə vidalaşıb
Bugün, 15:19 İDMAN
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqəsi başlayır
Bugün, 15:10 CƏMİYYƏT
-
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynov... - O, kimdir ? + FOTOLAR
Bugün, 14:57 CƏMİYYƏT
-
Rövşən Rüstəmov: "BTQ alternativ marşrut deyil"
Bugün, 14:49 İQTİSADİYYAT
-
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
Bugün, 14:40 KRİMİNAL
-
Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - Fərman + DETALLAR
Bugün, 14:24 GÜNDƏM
-
"ASAN xidmət"ə əlavə səlahiyyət verildi - Sərəncam
Bugün, 14:10 GÜNDƏM
-
TƏBİB yenidən "yığılır" - Yeni icraçı direktor 11 nəfəri işdən çıxardı, aralarında 4 departament müdiri də var
Bugün, 14:01 GÜNDƏM
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilib - Bu gün istifadəyə verildi (Yenilənib)
Bugün, 13:48 İQTİSADİYYAT
-
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi - FOTOLAR
Bugün, 13:24 CƏMİYYƏT
-
Özgür Özəl sabiq deputatları da parlamentə toplayır
Bugün, 13:11 DÜNYA
-
"Şamaxı" klubu yeni baş məşqçi ilə anlaşıb
Bugün, 12:59 İDMAN
-
Sabah yağış yağacaq
Bugün, 12:47 GÜNDƏM
-
Baxçalıdan tarixi çağırış: “Ali Məhkəmə qərarını ən qısa zamanda verməlidir”
Bugün, 12:41 DÜNYA