Dövlət Reklam Agentliyində təyinat - Yeni sədr müavini haqda maraqlı məlumatlar yayıldı

Dövlət Reklam Agentliyində təyinat - Yeni sədr müavini haqda maraqlı məlumatlar yayıldı

GÜNDƏM

Bugün, 17:13

Lalə Abdullayeva Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini təyin edilib.

Məlumata görə, Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.

2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib.

Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb/unikal.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR