"Biləsuvar"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO

\"Biləsuvar\"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO

İDMAN

30.05.2026, 10:01

Dünən baş tutan 2-ci liqa uğrunda pley-off oyununun sonunda mübahisə düşüb.

Mia.az xəbər verir ki, pley-off zamanı "Biləsuvar" 0-3 hesabıyla uduzaraq region liqasından 2-ci liqaya çıxmaq şansını itirib. "Ağstafa Gəncləri" 2-ci liqanın sonuncu pilləsində qərar tutsa da, öz liqasında yerini qoruya bilib. 

Xatırladaq ki, "Biləsuvar"-"Ağstafa Gəncləri" arasında oyun bitər-bitməz isə "Biləsuvar"ın oyuncuları kütləvi şəkildə meydandan çıxaraq azarkeş tribunasına doğru həmlə edib. 

Səbəb oyun zamanı adıçəkilən komandanın öz azarkeşlərinin onların ünvanına nalayiq ifadələr işlətməsi olub. Polisin və klub rəsmilərinin müdaxiləsiylə tərəflər sakitləşdirilib. 

Yeri gəlmişkən, bu oyunla Peşəkar Futbol Liqasının (PFL) 2025-2026 il üzrə futbol mövsümü başa çatıb. İlin son oyununu PFL rəhbərliyi və əməkdaşları izləyiblər.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR