Seyran Səxavət: “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, ərlərinin maaşlarını artırsınlar...”
SİYASƏT
Bugün, 16:04
Yazıçı, şair, dramaturq Seyran Səxavət Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” ifadəsinin qanundan çıxarılması barədə təklifini sərt tənqid edib.
Mia.az xəbər verir ki, S.Səxavət Pravda.az-a açıqlamasında buna qəti şəkildə etirazını bildirib.
Yazıçı deyib ki, bu təklifi irəli sürənlər səhv edirlər: “Deputatlar Üzeyir Hacıbəyovdan ağıllıdırlar? Üzeyir Hacıbəyov “Ər və arvad” əsərini yazıb. Mənim arvadım elmlər doktorudur, şərqşünaslığı bitirib, Moskvada müdafiə edib, birbaşa doktorluq alıb, həm də dindardır, Allahı çox sevir. Mən ona “arvad” deyirəm. Üzeyir bəy necə deyibsə, mən də elə deyirəm. İyirmi il əvvəl demişdim ki, Milli Məclisdə oturanların 99.9 faizinin yediyi çörəyə heç vaxt and içmərəm. And içsəm, bilin ki, yalandan and içirəm. Parlament gündə bir “quş buraxır”. Heç mən onların varlıqlarını hiss etmirəm. Bu yaxınlarda Milli Məclisin sədrinə məktub yazdım ki, Azərbaycan dili məhv olub gedir, xahiş edirəm, mənə on beş dəqiqə vaxt ayırın, parlamentdə məruzə ilə çıxış edim, sonra da dövlət müdaxilə etsin, Azərbaycan dilini televiziya məkanının təpiyinin altından çıxaraq... Mənə cavab yazdılar ki, hörmətli Seyran müəllim, biz dinləmələr keçiririk, sizi burada görmək xoş olardı. Üç-dörd cümləlik məktubda beş dənə imla səhvi tapdım, qələmlə düzəltdim. Görmürsünüz, nələr deyirlər? Biri deyir ki, xarici ölkələrdə ona görə “uşaqpulu” verirlər ki, orada uşaq doğulmur deyə guya valideynləri həvəsə gətirirlər. Başqası deyir ki, “uşaqpulu” versək, valideynlər tənbəlləşəcəklər. O biri də deyir ki, evdə arvad kişiyə çay versə, kişi ona pul verməlidir ki, ay arvad, sağ ol, mənə qulluq edirsən. Nə Milli Məclis? Görünür, parlamentdəki bəzi deputatlar bekarlıqdan bilmirlər, nə etsinlər. Bekarlıqdan əziyyət çəkən Milli Məclis üzvlərinə bir tövsiyəm var: “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar, onda o arvadlara “arvad” deyəndə onlar da “arvad” sözünü “xanım” kimi eşidəcəklər və çox xoşbəxt görünəcəklər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İbrahim Tatlıses yeni imicdə: “Mən buradayam”
Bugün, 18:10 MƏDƏNİYYƏT
-
İrandan AB-ın hücumuna sərt reaksiya: “Cavabsız qalmayacaq” - Müharibə təhlükəsi yenidən artır
Bugün, 18:02 GÜNDƏM
-
Qulu Məhərrəmlidən AKİ-də baş verənlərə reaksiya: "...onlar yaşlı nəslin aşırı şıltaqlığını qəbul etmirlər!"
Bugün, 17:54 MƏDƏNİYYƏT
-
İsrail prezidenti: "Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və..."
Bugün, 17:42 SİYASƏT
-
Prezident daha bir Dövlət Proqramını təsdiqlədi - 3 illik
Bugün, 17:39 GÜNDƏM
-
İyun ayında hava necə olacaq? - Proqnoz
Bugün, 17:22 GÜNDƏM
-
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - TAM SİYAHI (YENİLƏNİB)
Bugün, 17:05 GÜNDƏM
-
26 aprel imtahanının nəticələri açıqlandı - 4 nəfər yüksək bal toplayıb
Bugün, 17:02 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Üç nəfərə Dövlət Mükafatı verildi - Sərəncam
Bugün, 16:50 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev xalqı təbrik edib - MƏTN
Bugün, 16:45 GÜNDƏM
-
Prezident Rauf Əliyevi təltif etdi - "Vətənə xidmətə görə" ordeni ilə
Bugün, 16:40 GÜNDƏM
-
Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı - VİDEO
Bugün, 16:28 KRİMİNAL
-
“AF Mall”ın üzlüyü qoparaq qadının üstünə düşdü - VİDEO
Bugün, 16:16 CƏMİYYƏT
-
Seyran Səxavət: “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, ərlərinin maaşlarını artırsınlar...”
Bugün, 16:04 SİYASƏT
-
Özgür Özəl milyonların qarşısında Kılıçdaroğluna səsləndi: “Gəl seçkiyə gedək, əgər uduzarmsa...”
Bugün, 16:01 SİYASƏT
-
Məzahir Pənahov MSK üzvlərini topladı - Nələr müzakirə olunub?
Bugün, 15:46 SİYASƏT
-
Bakı və Sumqayıta dolu yağır (Yenilənib)
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özəl İzmirə getdi, polis aksiya meydanını mühasirəyə aldı – “Xalqımız bizi harada gözləyirsə...” - FOTOLAR
Bugün, 15:18 SİYASƏT
-
"PAŞA Bank"ın Müşahidə Şurasının sədri dəyişib - Şahin Məmmədov kimdir?
Bugün, 15:14 İQTİSADİYYAT
-
Mərkəzi Xəstəxananın direktoru vəzifədən çıxarıldı - Yerinə isə...
Bugün, 15:09 CƏMİYYƏT
-
"Neftçi" klubu Abubakar və daha iki futbolçuyla vidalaşdı
Bugün, 15:02 İDMAN
-
TƏBİB-in YENİ RƏHBƏRİNDƏN NÖVBƏTİ TƏYİNATLAR - İcra başçısının qardaşı da direktor oldu (FOTO)
Bugün, 14:53 GÜNDƏM
-
“Best Spirit Qrup”un bank hesabları donduruldu - Vergi ilə mübahisə məhkəməyə "daşındı", ancaq...
Bugün, 14:45 İQTİSADİYYAT
-
Belçikada qatarla avtobus toqquşub – Məktəblilər ölüb
Bugün, 14:38 DÜNYA
-
45 yaşlı aktyor öldürülüb - Meyiti 10 gün sonra tapıldı
Bugün, 14:15 MƏDƏNİYYƏT
-
Sabahdan ölkədə 5 gün ardıcıl rəsmi iş günü olmayacaq
Bugün, 14:07 GÜNDƏM
-
Ağdam şəhəri və Xocalıya növbəti köç olub (YENİLƏNİB)
Bugün, 14:02 GÜNDƏM
-
Arda Gülər DÇ-2026-dan əvvəl sevgilisiylə Bodrumda - FOTOLAR
Bugün, 13:51 ŞOU-BİZNES
-
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi - Onlar cərimələnəcək (DETALLAR)
Bugün, 13:37 CƏMİYYƏT
-
“Hull City” 300 milyon avro qazandı - Acun Ilıcalı kimləri transfer etməyə hazırlaşır?
Bugün, 13:36 İDMAN
-
"Maliyyə icarəsi haqqında" qanun layihəsi qəbul olundu - Detallar
Bugün, 13:25 İQTİSADİYYAT
-
“Viktor Osimhen mütləq alınmalıdır”
Bugün, 13:15 İDMAN
-
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Bugün, 13:13 KRİMİNAL