CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir

CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir

MƏDƏNİYYƏT

Bugün, 10:56

Müasir televiziya təcrübəsini təqdim edən CityNet TV platforması yeni 4K keyfiyyətli fərqli janrlarda 3000-dən çox film, 300-dən çox serialı izləmə imkanı təqdim edən “Film Paketi”ni istifadəyə verib.

Mia.az xəbər verir ki, paketdə müxtəlif dillərlə yanaşı Azərbaycan dilində dublyajlı filmlər də yer alır.

"Film Paketi"nə ölkəmizdə ilk dəfə olaraq jest dili dəstəyi olan 100-dən çox film daxil edilib. Bu yenilik eşitmə məhdudiyyətli istifadəçilərin kontentə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və platformanın inklüzivlik prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir.

Abunəçilər "Film Paketi"ni CityNet TV platforması üzərindən aylıq 2 AZN ödəməklə asanlıqla aktiv edilə bilərlər. Paket sayəsində istifadəçilər TV və mobil qurğular vasitəsi ilə istədikləri zaman, istədikləri yerdə sevdikləri film və serialları izləyə bilirlər.

Qeyd edək ki, CityNet TV vasitəsilə istifadəçilər həmçinin "Digiturk", "Setanta" "Sports", "Dizi Channel" və "FilmBox" kimi seçilmiş televiziya kanallarına baxa, eyni zamanda "YouTube", "Netflix", "Amazon Prime" və "Spotify" kimi populyar tətbiqlərə də rahat çıxış əldə edə bilirlər.

CityNet haqqında

Azərbaycanın aparıcı internet provayderi olan CityNet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. CityNet Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. CityNet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR