Kamal Kılıçdaroğlu ilk olaraq 10 deputatı qovmağa hazırlaşır – “Xəyanət” sözünə görə (SİYAHI)  

Kamal Kılıçdaroğlu ilk olaraq 10 deputatı qovmağa hazırlaşır – “Xəyanət” sözünə görə (SİYAHI)  

SİYASƏT

Bugün, 00:27

Məhkəmə qərarı və polis gücüylə CHP-nin sədri vəzifəsinə geri dönən Kamal Kılıçdaroğlu 10 deputatı qovmağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist Sinan Burhan açıqlama verib.

Onun sözlərinə görə, Kamalı Kılıçdaroğlunu xəyanətdə ittiham edən və bu barədə açıqlamalar verən hər kəs, o cümlədən 10 deputat partiya üzvlüyündən xaric olunacaq: “Qovulacaq şəxslərin siyahısına CHP-nin parlamentdəki fraksiyasının sədrinin müavini Ali Mahir Başarır, Vəli Ağbaba, Burhanəddin Bulut, Umut Akdoğan, Adnan Beker, Taşkın Özer, Özgür Karabat, Gökan Zeybek, Cemal Enginyurt və Ümit Dikbayırın də adları var”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR