Muaytay-Tayboks Federasiyasının prezidenti Mia.az-a danışdı, sənəd təqdim etdi: "Federasiyanın rəhbəri mənəm, Araz Musayev yenə cəmiyyəti aldadır"

Muaytay-Tayboks Federasiyasının prezidenti Mia.az-a danışdı, sənəd təqdim etdi: \"Federasiyanın rəhbəri mənəm, Araz Musayev yenə cəmiyyəti aldadır\"

İDMAN

Bugün, 17:43

"Araz Musayev ictimaiyyətə yenə yalan məlumat verib. O, Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti deyil. Bu federasiyanın yaradıcısı da, rəhbəri də mənəm. Bunu hər kəs bilir. Dövlətin, yəni, Ədliyyə Nazirliyinin 3 gün əvvəl federasiyaya tədqim etdiyi rəsmi şahadnamədə də rəhbər kimi mənim adım qeyd olunub".

Bu sözləri Mia.az-a Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy deyib.
O, Azərbaycan Muaytay-Tayboks Federasiyasının guya növbəti ümumi yığıncağı keçirilməsi və orada Araz Musayevin pezident seçilməsi, onun isə qurumdan uzaqlaşdırılması barədə xəbərə müansibətdə bildirib ki, onların belə bir yığıncaq keçirməsi mümkün deyil, heç belə hüquqi əsasları belə yoxdur:
"Biz, yəni federasiyanın rəsmi İdarə Heyəti üzvləri 2024-cü ilin noyabr ayının 2-də federasiyanın konfransını keçirdik. O konfransda bu (Araz Musayev nəzərdə tutulur-Mia.az) federasiya prezidentindən uzaqlaşdırılıb. Həmin tarixdən bu adamın federasiyada heç bir səlahiyyəti yoxdur, olmayıb. Bu barədə Ədliyyə Nazitliyinin 21 may 2026-cı ildə, yəni 3 gün əvvəl reyestrdə dəyişiklil sənədi bizə təqdim olunuub. Orada açıq mətnlə federasiyanın əvvəlki qanuni təmsilçisi Musayev Araz Furqan oğlunun təmsilçilkdən uzaqlaşdırılması, mənim isə hazırkı qanuni təmsilçi olduğum yazılıb.
Ədliyyə Nazirliyiinin Azərbaycan Muaytay-Tayboks Federasiyasına, yəni mənə təqdim etdiyi reyestr şəhadətnaməsinə baxın (Sənəd aşağıda təqdim edilib - Mia.az). Bu sənəddən də görünür ki, onun Azərbaycan Muaytay-Tayboks Federasiyası adından artıq danışmağa heç bir haqqı və hüquqi yoxdur. Lakin o, bir il 8 ayda olduğu kimi, yenə də yalan və iftira dolu hərəkətini davam etdirir".
Azər Həsənsoy bildirib ki, ötən müddətdə ona baş qoşmayıblar: "Çünki cənab Prezidentimiz İlham Əliyev dəfələrlə deyib ki, biz idman ictimaiyyəti bir ailəyik. O səbəbdən biz vcəab prezidentin yoluna sadiq qalaraq, cəmiyyətdə xoşagəlməz rəy yaranmaması üçün ona baş qoşmadıq. Lakin o, yuxarıda qeyd etdiyim 2 noyabr 2024-cü il tarixli konfransın protokolunu və mənə verilən şəhadətnamənin ləğvi üçün məhkəməyə müraciət etdi. Əvvəlcə Yasamal məhkəməsi işə baxdı, rədd elədi. Durmadı, Apellyasiya Məhkəməsinə şikayət verdi, yenə rədd edildi. Yenə dayanmadı, Ali Məhkəməyə kassasiya verdi. Bu ayın, yəni, may ayının 2-də Ali Məhkəmə də onun iddiasını rədd elədi. Bir sözlə, bizim 2 noyabr 2024-cü il tarixli protokolumuz, Ədlyyə Nazirliyinin reyestr şəhadətnaməsi bir daha rəsmən təsdiqləndi. Bununla da federasiyanın qanuni rəhbərinin kim olduğu bir daha ictimaiyyət üçün aydınlaşdı.
Əslində, hər kəs bilir ki, bu federasiyanı vaxtilə mən yaratmışam, Araz isə mənim keçmiş tələbəm olub. Həmişə də bu federasiyaya mənim addımla bağlı olub. O vaxt rəsmi təmsilçiliyi bir müddətllk buna həvalə etdik. Çünki onu normal tələbəm hesab edirdim, təəssüf ki, etimadımı doğrultmadı, yanıldım".
Federasiyanın qanuni prezidentiinin sözlərinə görə, ortada rəsmi sənəd və faktlar olmasına baxmayaraq, Araz Musayev yenə də ictimaiyyəti aldatmağa cəhd edir: "Təəssüf ki, bəzi media orqanları da faktları bilmədən onun yalanlarına alət olur...".
***
Xatırladaq ki, bu gün Azərbaycan Muaytay-Tayboks Federasiyasında növbəti ümumi yığıncaq keçirilməsi barədə bu gün Mia.az Xəbər Portalı da daxi olmaqla, bəzi media orqanlarında xəbər tirajlanıb.
Mia.az xəbər verir ki, həmin məlumatda Araz Musayev 23 may 2026-cı il tarixindən etibarən Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti, İdarə Heyətinin üzvü Azər Həsənsoyun (Federasiyanın rəsmən prezidenti -mia.az) idarə heyətinin üzvlüyündən kənarlaşdırılması, onun yerinə isə Şəhriyar İsayevin seçilməsi və sair informasiyalar yer alıb.
F.Əhməd
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR