Dövlət katibi: “İranla danışıqların yaxşı gedir, lakin…”

Dövlət katibi: “İranla danışıqların yaxşı gedir, lakin…”  

DÜNYA

Bugün, 18:20

ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlar barədə açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Dövlət katibi bildirib ki, ABŞ prezidenti Donald Tramp bəzi NATO müttəfiqlərinin Yaxın Şərqdəki əməliyyatlarda tutduqları mövqedən məyus olub: "Bu, liderlər səviyyəsində müzakirə edilməli olan bir məsələdir.Hazırda İranla danışıqlar yaxşı gedir. İran məsələsinin də bu gün burada müzakirə edəcəyik. Bilirəm ki, hələ çox tezdir, amma davam edən müzakirələrlə bağlı xəbərlər gözləyirik. Kiçik irəliləyişlər əldə edilib. Şişirtmək istəmirəm, amma müəyyən irəliləyişlər var. Əsas prinsiplər eyni olaraq qalır. İran heç vaxt nüvə silahına sahib ola bilməz. Həmçinin, İranın Hörmüz boğazından tranzit üçün rüsum almağa yönəlik sistem yaratmaq cəhdi də qəbuledilməzdir. Buna icazə verə bilmərik. Əgər Hörmüz boğazında belə bir şey baş verərsə, dünyanın başqa yerlərində də baş verəcək. O səbəbdən bu, olmayacaq”

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR