AzTV 5 ay üçün 8 nəfəriin hər birinə 4 min manatdan çox pul ayırdı - Seriala görə + Siyahı

AzTV 5 ay üçün 8 nəfəriin hər birinə 4 min manatdan çox pul ayırdı - Seriala görə + Siyahı

PRESS

Bugün, 15:42

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Məhməd: Fəthlər Sultanı” serialı üzrə göstəriləcək xidmətlərə görə 36 min 550 manat ödəniş edəcək.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, AzTV bu xidmətləri göstərəcək şəxslərlə satınalma müqavilələri imzalayıb.

Qeyd edək ki, AzTV 5 ay (aprel-avqust) üçün ümumilkdə 8 nəfərə ödəniş edəcək.

Onu da bildirək ki, “Məhməd: Fəthlər Sultanı” (“Mehmed: Fetihler Sultanı”) Türkiyənin TRT 1 telekanalında yayımlanan, Osmanlı tarixinin ən parlaq dövrlərindən birindən bəhs edən tarixi-bioqrafik serialdır. Ekran əsəri İstanbulu fəth edərək tarixin gedişatını dəyişdirən dövlət xadimi Sultan II Məhmədin (Fateh Sultan Mehmed) həyatından bəhs edir. TRT 1-də 2024-cü ildən yayımlanan “Məhməd: Fəthlər Sultanı” serialı eyni zamanda Azərbaycan dilinə dublyaj olunaraq AzTV-də də yayımlanır.

AzTV-nin “Məhməd: Fəthlər Sultanı” serialı üçün ödəniş etdiyi şəxslər arasında ölkənin tanınmış sənət adamları da yer alır.

AzTV ilə satınalma müqaviləsi imzalayan şəxslər və onlara ödəniləcək məbləğ aşağıdakı kimidir:

Ocaqverdiyeva Təranə Fikrət qızı (VÖEN - 201076852) – 4 300 azn;

Qeybullazadə Natəvan Əhlulla qızı (VÖEN - 1306263592) – 4 500 azn;

Rüstəmov Səyyar Mənsur oğlu (VÖEN - 400506662) – 4 800 azn;

Zeynalov Ramil Vaqif oğlu (VÖEN - 2002750162) – 4 800 azn;

Məmmədli Rövşən Firudin oğlu (VÖEN - 1800889922) – 4 350 azn;

Mirişov Mahir Fətulla oğlu (VÖEN - 4100443712) – 4 500 azn;

Hüseynov Şövqi Ərəstun oğlu (VÖEN - 1701073322) – 4 500 azn;

Rüstəmov Elşən Mərdan oğlu (VÖEN - 1003068052) – 4 800 azn.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR