Ərdoğanın keçmiş silahdaşı da CHP ilə bağlı qərarı qınadı: "Türkiyənin hüquqi təminata və demokratiya ehtiyac var"

Ərdoğanın keçmiş silahdaşı da CHP ilə bağlı qərarı qınadı: \"Türkiyənin hüquqi təminata və demokratiya ehtiyac var\"

DÜNYA

Bugün, 12:18

Sabiq iqtisadiyyat naziri, DEVA partiyasının sədri Ali Babacan da Ankara Məhkəməsinin CHP-nin sədr postunu yenidən keçmiş sədr Kamal Kılıcdaroğluna həvalə etməsinə sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə AK Partiya iqtidarında XİN başçısı və iqtisadiyyat naziri postunu tutan, hazırda isə DEVA Partiyasının sədri olan Ali Babacan məhkəmənin bu qərarını pisləyib.

Babacan bildirib ki, siyasi partiyalara kimin rəhbərlik edəcəyi məhkəmə qərarları ilə deyil, üzvlərin, nümayəndələrin və seçicilərin iradəsi ilə müəyyən edilir: “Məhkəmə hakimiyyəti siyasətdə bir vasitə kimi istifadə edilə bilməz".

Türkiyənin hüquqi təminata və demokratik rəqabətə ehtiyacı olduğunu vurğulayan Babacanın sözlərinə görə, iqtidar demokratiya, seçki və seçici iradəsinə hörmət etməlidir.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR