“Beşiktaş”lı ulduzlar Bodrumda sevgililəri ilə yeyib-içib qaçdı – “Telefonlara da cavab vermirlər”

“Beşiktaş”lı ulduzlar Bodrumda sevgililəri ilə yeyib-içib qaçdı – “Telefonlara da cavab vermirlər”  

İDMAN

Bugün, 14:20

“Beşiktaş GAIN” basketbol komandasının ulduzlarının adı xoşagəlməz hadisədə hallanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, basketbolçular Jonah Mathevs və Devon Dotsonun sevgililəri ilə Bodrumda istirahət zamanı qaldıqları oteldə yeyib-içib qaçıblar: “Onlar təxminən 18.000 TL (700 manat –Mia.az) məbləğində hesabı ödəmədən aradan çıxıblar. Otel rəsmiləri onlara dəfələrlə zəng etsə də, cavabsız qalıb”.

Xəbərdə o da deyilir ki, basketbolularla birgə dincələn sevgililəri Hayley Collimore və Allie Perry isə zəngə cavabda “bizlik deyil”, - deyərək telefonu qapadıblar.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR