Mikayıl Cabbarov: "Qanunsuz tikililər üçün amnistiya..."

Mikayıl Cabbarov: \"Qanunsuz tikililər üçün amnistiya...\"

CƏMİYYƏT

Bugün, 12:04

"Əminəm ki, bu forum çərçivəsində azad edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma fəaliyyətləri barədə çoxlu müzakirələr aparılır. Bu proses mövcud təzyiqin böyük bir hissəsini aradan qaldıracaq, çünki, 30 ildən çox vaxt keçdikdən sonra bir çox insan, nəhayət, öz yurduna qayıdır"

Mia.az xəbər verir ki, bu sözləri "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin fikrincə, son illərdə biz çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində də bir sıra addımlar atılıb:

"Əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR