Nadir Qafarzadə: "Bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar"

Nadir Qafarzadə: \"Bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar\"

ŞOU-BİZNES

Bugün, 11:32

Tanınmış müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə etik normaları pozan şəxslərə qarşı kəskin etirazını bildirib. Sənətçi yayımladığı videoda cəmiyyətdəki bəzi neqativ hallardan narahatlığını dilə gətirib.

Mia.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat paylaşıb.

Hazırda Moskvada olduğunu deyən müğənni orada havaların isti keçməsinə baxmayaraq, insanların geyimində həddi aşmadığını vurğulayıb. O, Azərbaycanda sosial media platformalarında qarşılaşdığı mənzərəni tənqid atəşinə tutub və yay fəsli gəlməmiş insanların soyunmağa başlamasından gileylənib. Sosial şəbəkələrdə yaxşı insanlardan əsər-əlamət qalmadığını deyən sənətçi abır və həya hissinin sadəcə sözdə qaldığını bildirib. Nadir Qafarzadə bəzi kişi həkimlərin sosial şəbəkələrdəki davranışlarına da toxunub: "Kişi həkimlərinə baxıram, hər şeyi açıq-aşkar danışırlar. Siz kişisiniz, sözünüz var, pasiyenti otağınıza çağırın və lazım olanı orada deyin. Ayıbdır axı. Hər şeyin həddi aşılır. Allaha and olsun, bəzi xristian qadınlar bizim bir çox qadınlarımızdan daha abırlıdırlar. Kimə güldüksə, sonda o vəziyyət bizim başımıza gəldi. Allah, sən bizi bağışlama, günahımız çoxdur".(axsam.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR