"Liv Bona Dea" buna dözümsüz yanaşdı - Tanınmış şəxslərlə xəstəxana arasında məhkəmə başlayır

\"Liv Bona Dea\" buna dözümsüz yanaşdı - Tanınmış şəxslərlə xəstəxana arasında məhkəmə başlayır

CƏMİYYƏT

Bugün, 09:06

"Həyat yoldaşım Nigar Köçərli Liv Bona Dea xəstəxanasında əməliyyat olunandan sonra biz oradakı təəssüratlarımızı, gördüklərimizi və yaşadıqlarımızı sosial mediada paylaşdıq. Bu paylaşımlardan sonra isə o məhkəməyə verildi".

Mia.az xəbər verir ki, bunu naşir Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, əslində, onlar hara getsə, orayla bağlı fikirlərini bölüşməyi sevir:
"Bu, həm də gördüyümüz işin — maarifçiliyin, kitabçılığın və ictimai düşüncənin bir hissəsidir. "Liv Bona Dea" isə buna dözümsüz yanaşdı və məhkəməyə müraciət etdi. Bu gün saat 11:30-da məhkəmə olacaq. Gedəcəyik, görək necə keçir. Yəqin ki, məhkəmə ilə bağlı təəssüratlarımızı da sizinlə paylaşacağıq. Bir daha xatırladıram ki, məhkəmə açıq keçirilir. Kimə maraqlıdırsa, buyurub iştirak edə bilər. İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR