Sergen Yalçın “Beşiktaş”dan getdi: “İnd haqqımda deyəcəklər ki…”  

Sergen Yalçın “Beşiktaş”dan getdi: “İnd haqqımda deyəcəklər ki…”  

İDMAN

Bugün, 15:37

“Beşiktaş” klubu baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Serdal Adalı ilə görüşdən sonra istefa verən təcrübəli məşqçi narazılığını da gizləməyib: "2021-ci ildə şərait pis olanda kuboklar qazandım. 1,5 milyon dollar geridə qoydum, istəmədən getdim. İndi deyirlər ki, mən təzminat  arxasınca qaçıram. Əgər mənə borc varsa, onu da almayacam. Digər məşqçilər maaş alır, amma biz maaş almırıq. Biz “Beşiktaş”lıyıq, bu, bizə yaraşmır".

53 yaşlı məşqçi daha sonra klub rəhbərliyini qınayı: “Mən bu kluba nə etdim ki, bu azarkeşlər mənə bunu etsinlər? Məni sosial mediada hücumlarda tək qoydular. Artıq hər matçda etiraz qorxusu ilə davam edə bilmərik. “Trabzonspor” matçında kapitanım qoldan sonra yanıma qaçdı və arxamdakılar “Niyə qaçırsan?” deyə qışqırdılar. Bu mühitdə necə işləyə bilərik?””

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR