Məşhur aktyor CHP-yə “ilişdi” – “Saxtakarsız” dedi, az sonra isə dediyini sildi (FOTO)

Məşhur aktyor CHP-yə “ilişdi” – “Saxtakarsız” dedi, az sonra isə dediyini sildi (FOTO)  

MƏDƏNİYYƏT

18.05.2026, 09:12

Türkiyənin məşhur aktyor Erkan Petekkaya CHP sədri Özgür Özelin Balıkəsir şəhərində keçirdiyi mitinqdəki çıxışından paylaşım edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, paylaşımında CHP və onun lideri haqqına “saxtakar” ifadəsi işlədib.

Aktyor yazıb ki, CHP artıq millətin yaxasını buraxmalıdır: “Saxtakarsınız. Bəsdirin, ölkənin iliyini sümürdünüz, bəsdirin, bəsdirin…”

O, daha sonra CHP-nin keçmiş və indiki liderləri Dəniz Baykal, Kemal Kılıçdaroğlu və Özgür Özəlin bostanına “daş atıb”.

Maraqlı budur ki, aktyor qısa müddət sonra isə bu ittiham xarakterli statusunu silib. O, bu hərəkətinə  izah verməyib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR