BƏƏ-nin hava məkanında naməlum dronlar… - Hava müdafiə sistemləri işə düşdü

BƏƏ-nin hava məkanında naməlum dronlar… - Hava müdafiə sistemləri işə düşdü  

GÜNDƏM

Bugün, 00:05

Bir az əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanından dronlar görülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri qərb sərhədindən ölkəyə daxil olan 3 drona qarşı aktivləşib.

Açıqlamaya görə, əməliyyat nəticəsində PUA-lardan ikisi uğurla zərərsizləşdirilib, üçüncüsü isə Əz-Zəfra bölgəsindəki Bərəkə Atom Elektrik Stansiyası kompleksindəki generatoruna tuş gəlib.

Xəbərdə dronun hansı ölkə və ya qüvvə tərəfindən yönləndirildiyi bəlli deyil: “Araşdırmalar davam edir. Əlavə məlumat veriləcək”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR