Milyarder, deputat və sədr... - “Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil”un "zapravka"larına da də təsir etdi

Milyarder, deputat və sədr... - “Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil”un \"zapravka\"larına da də təsir etdi

İQTİSADİYYAT

Bugün, 16:19

Avropa İttifaqı Şurasının “Yelo Bank” ASC-yə tətbiq etdiyi sanksiyaların təsirləri artıq gündəlik ödəniş xidmətlərində də hiss olunmağa başlayıb.

Mia.az “PostMedia”ya istinadla xəbər verir ki, “LUKOIL-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində mobil ödəniş xidmətləri ilə bağlı məhdudiyyət yaranıb.

 Məlumata görə, YDM-lərdə istifadə olunan POS-terminallar “Yelo Bank”a məxsus olduğundan hazırda “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlərin həyata keçirilməsi mümkün deyil.

 Bildirilib ki, sürücülərdən ödənişlərin nağd şəkildə və ya fiziki bank kartı vasitəsilə aparılması tələb olunur.

 Xatırladaq ki, Avropa İttifaqının Şurası aprelin 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin 20-ci paketini rəsmi şəkildə qəbul edib.

 Paket çərçivəsində digər tədbirlərlə yanaşı, üçüncü ölkələrdə fəaliyyət göstərən dörd maliyyə qurumuna qarşı əməliyyatların qadağan olunması nəzərdə tutulur. Bu qurumlar Qırğızıstan, Laos və Azərbaycanda yerləşir. Azərbaycan üzrə siyahıya “Yelo Bank” da daxil edilib.

 Avropa İttifaqı Şurası bu qərarı əsaslandırarkən bildirib ki, sözügedən maliyyə institutları ya Aİ sanksiyalar rejiminin pozulmasına şərait yaradıb, ya da Rusiya Mərkəzi Bankının SWIFT sisteminə alternativ kimi yaratdığı Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə (SPFS) qoşulub.

 Xatırladaq ki, “Yelo Bank”ın əsas səhmdarı Müşahidə Şurasının sədri Marina Kulişovadır. Onun Bankda payı 98,94%-dir. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun 0,96%, “İSR Holdinq” MMC-nin isə 0,10% payı var.

Mia.az onu da qeyd edir ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır. Fətəliyeva Milli Məclisin rəsmi məlumatına əsasən, 30 saylı Suraxanı birinci seçki dairəsindən ikinci çağırış deputatıdır və Yeni Azərbaycan Partiyasını təmsil edir. (mənbə: bakupost.az)
Məlumat üçün bildərək ki, bu bankın gerçək sahibi Rusiya prezidenti Putinin ən etibarlı biznesmenlərindən, beynəlxalq sanksiyaya məruz qalmış Lukoil-in sahibi, əslən azərbaycanlı rusiyalı milyarder Vahid Ələkbərovdur .

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR