“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
MƏDƏNİYYƏT
Bugün, 15:18
Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Xalq artisti Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu ətrafında yaranan müzakirələrdən danışıb.
Mia.az-ın məlumatlına görə, Ə.Mahmudov Pravda.az-a açıqlamasında Xalq artisti Şəfiqə Məmmədovanın sədr postuna ən çox layiq olduğunu deyib.
O, son günlər sədr postuna namizəd olduğu deyilən rejissor Əli İsa Cabbarov barədə sərt fikirlər səsləndirib: “Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb. Şəfiqə Məmmədova isə onsuz da birinci katibdir. Əslində, İdarə Heyətinin sədrliyə namizədlik vermək ixtiyarı yoxdur. Çünki qurultayda əvvəlcə hesabat dinlənilir, qiymət verilir, fərdi çıxışlar olur. Bundan sonra hamı buraxılır, eyni səlahiyyətlə tam bərabərhüquqlu şəkildə namizədlikləri irəli sürülür. Buna ixtiyarları var. Sən vəzifədə ola-ola öz namizədliyini necə verə bilərsən? Gülməli görünmür? Bunlar isə oyun oynayırlar. Allah Rasim Balayevə rəhmət eləsin. Son vaxtlar onun xəstəliyindən sui-istifadə etdilər. Əli İsa Cabbarov "peçatı" da əlinə keçirib... Kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub. Axı İttifaqın Nizamnaməsi var. Kimlər İttifaqın üzvü ola bilər, hamısı Nizamnamədə yazılıb.
Mən İttifaqın üzvü olanda on beş filmə çəkilmişdim, dörd filmdə isə ikinci rejissor işləyirdim. "Dəli Kür", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi... Dünən universitet bitirib, haradansa özəl studiyalarda işləyənləri Əli İsa Cabbarov İttifaqa doldurub. Özü üçün sosial baza yaradıb, indi də namizədliyini irəli sürür. Əli İsa, əvvəla, sənin sədr olmağa heç bir mənəvi və hüquqi haqqın yoxdur. Sən kino xadimi deyilsən, həvəskar, xırda sənədli film çəkən rejissorsan. Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev, mən və digərləri kənara çəkilmişik. Çünki Əli İsa Cabbarov İttifaqda özfəaliyyət bazarı açıb. Özü də istəyir ki, "bazarkom" olsun. Sən necə Şeyx Əbdül Mahmudov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov kimi adamların rəhbəri ola bilərsən? Bu bazarda nə oyun oynayırsan?
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə keçirilən toplantıda bu məsələdən də danışılacaq. Ayıbdır, yaxşı deyil. Bu gün Azərbaycan kinosunun vəziyyəti çox pis və acınacaqlı vəziyyətdədir. Kinonu bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün ilk növbədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri nüfuzlu, cənab Prezident, dövlət məmurları və ictimaiyyət tərəfindən tanınan, etimad göstərilən, sevilən şəxsiyyət olmalıdır. Belə bir şəxsiyyət praktikada artıq özünü sübut etmiş, möhtərəm Prezidentimizin yanında fikir bildirə biləcək adam Şəfiqə Məmmədovadır. Ağbirçək, təcrübəli xanımdır. Kinostudiyamızı ağır vəziyyətdən çıxara bilər. İttifaqdan küsüb gedənləri qaytara biləcək yeganə şəxsiyyət Şəfiqə Məmmədovadır. İstəsək də, istəməsək də...”.
Əbdül Mahmudov bir neçə il öncə Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsi barədə dediyi sözlərə isə belə aydınlıq gətirib: “Bu, məni yandırıb tökür. Azərbaycan kino camiyəsini iki yerə bölmüşdülər. Ölkədə iki ittifaq var idi. Heç bir hüquqi əsasları yox idi. Mən istəyirdim ki, bir araya gəlsinlər, vahid ittifaq olsun. Bunun davasını aparmışam. Demişəm ki, qeyri-qanunidir. Bir ölkədə iki kino ittifaqı ola bilər? İkisi də dövlət büdcəsindən maliyyələşirdi. Mübarizəmdə qalib çıxdım. Allaha şükür, mərhum Rasim Balayev və Şəfiqə xanım başa düşdülər, bir araya gəldilər.
Bundan sonra rəsmi Azərbaycan Kinematoqrafçılar İttifaqı yarandı, Balayev sədr seçildi. Qərəzli jurnalistlər fikirlərimi təhrif etmişdilər. Bu mənim günahım deyil. Mədəniyyət naziri də, ARKA da çox böyük işlər görür, dəstək verir. Qalır İttifaq... İttifaqı da istədiyimiz səviyyədə yoluna qoysaq, kinostudiyamızı ayağa qaldıra bilərik”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
Bugün, 17:52 CƏMİYYƏT
-
İTV "Avroviziya-2026" ilə bağlı açıqlama yaydı
Bugün, 17:48 ŞOU-BİZNES
-
Əli Əsədov imzalayıb
Bugün, 17:42 İQTİSADİYYAT
-
Bakıda XI sinif şagirdi məktəbdə pəncərədən yıxılıb
Bugün, 17:22 KRİMİNAL
-
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Bugün, 17:17 İQTİSADİYYAT
-
Hindistana məxsus gəmi batırıldı: 14 heyət üzvü isə xilas edildi – Rəsmi Dehlidən bəyanat
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Mərkəzi Bankın ehtiyatları artıb – Bir həftə içində 6 milyard dollar
Bugün, 16:54 İQTİSADİYYAT
-
Rəsmi Tehran Çin gəmilərinə “yaşıl ışıq” yandırdı - Açıqlama
Bugün, 16:51 DÜNYA
-
Auditorlar Palatasında yeni idarə və şöbələr yaradılıb
Bugün, 16:47 İQTİSADİYYAT
-
Bəzi rayonlarda yağış və qar yağacaq - Xəbərdarlıq
Bugün, 16:19 CƏMİYYƏT
-
Prezident Baxış Babayevi təltif edib - Sərəncam
Bugün, 16:19 GÜNDƏM
-
Dövlət Agentliyi yaradıldı - Prezident fərman imzaladı
Bugün, 16:13 GÜNDƏM
-
Məleykə Abbaszadə: "SAT imtahanlarında saxtakarlıq halları var"
Bugün, 16:04 GÜNDƏM
-
"Mançester Yunayted" Onanaya “yox” dedi və...
Bugün, 15:49 İDMAN
-
AFFA bir neçə klubu cəzalandırıb
Bugün, 15:38 İDMAN
-
Şair Yusif Həsənbəy 93 yaşında vəfat edib
Bugün, 15:31 MƏDƏNİYYƏT
-
Bir qrup aktyora pul ayrıldı: 8500 manatdan 25 minədək - AzTV-dən açıqlama (YENİLƏNİB)
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
Bugün, 15:18 MƏDƏNİYYƏT
-
"K1" servis avtobusu 24/7 rejimində işləyəcək
Bugün, 15:10 CƏMİYYƏT
-
Selçuk İnan: “Yenə eyni ruhla mübarizə aparacağıq”
Bugün, 14:57 İDMAN
-
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
Bugün, 14:42 İQTİSADİYYAT
-
YENİ ELMİ İNSTİTUTLAR YARADILDI - Qərar verildi
Bugün, 14:42 GÜNDƏM
-
Hakim Akif İsgəndərov təqaüdə göndərilib
Bugün, 14:29 GÜNDƏM
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 14:15 PRESS
-
Kubada neft və yanacaq tükənib – Nazir SOS Verdi
Bugün, 14:08 DÜNYA
-
ÇİN və ABŞ LİDERLƏRİ İRANIN KİTABINI BAĞLADI: “Hörmüz boğazı açıq qalacaq, İran heç vaxt…”
Bugün, 13:50 GÜNDƏM
-
"Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır" - ŞƏRH
Bugün, 13:24 SİYASƏT
-
Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO
Bugün, 13:08 KRİMİNAL
-
Onlar Azərbaycana vizasız gələ biləcək
Bugün, 13:03 GÜNDƏM
-
“Qalatasaray” müğənniyə iki mahnı üçün fantastic məbləğ təklif etdi – 1.5 milyon avro
Bugün, 12:52 ŞOU-BİZNES
-
Türkiyədə iyrənc olay: tələbə müəlliminin təcavüzündən bezdi, lüt şəkildə özünü binadan atdı
Bugün, 12:36 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 GÜNDƏM
-
Livanda Pravoslav Kilsəsinin binası partladılıb
Bugün, 12:28 DÜNYA